341) Xloraminin aktivləşdirilmiş məhlulu necə hazırlanır?
A) 10 % - li naşatır spirti əlavə edilir
B) 24 saat müddətində dəmlənir
C) 5 saat soyuducuda saxlanır
D) 3 % - li hidrogen peroksid əlavə edilir
E) Məhlul qızdırılır
Xloraminin aktivləşdirilmiş məhlulu 10 % - li naşatır spirti əlavə edilməklə hazırlanır.
Ədəbiyyat: İ.Ə.Ağayev, E.M.Quliyeva, F.Ş.Tağıyeva, X.N.Xələfli, X.H.Cəfərova, Ə.S.Hüseynova, S.N.Xanbutayeva. Dezinfeksiya işi. Bakı, 2008, səh 27
342) Yekun və cari dezinfeksiyaya nəzarətin növü hansıdır?
A) Fiziki - kimyəvi
B) Termiki, texniki
C) Vizual, kimyəvi, bakterioloji
D) Toksikoloji
E) Mikroskopik, bioloji
Yekun və cari dezinfeksiyaya nəzarətin növlərinə vizual, kimyəvi, bakterioloji aiddir.
Ədəbiyyat: İ.Ə.Ağayev, E.M.Quliyeva, F.Ş.Tağıyeva, X.N.Xələfli, X.H.Cəfərova, Ə.S.Hüseynova, S.N.Xanbutayeva. Dezinfeksiya işi. Bakı, 2008, səh 58
343) Cari dezinfeksiyanın keyfiyyətinə nəzarət etmək üçün yaxma üsulu ilə nə aşkar edilir?
A) Stafilokokk
B) Vibrion
C) Bağırsaq çöpləri
D) Protey
E) Streptokokk
Cari dezinfeksiyanın keyfiyyətinə nəzarət etmək üçün yaxma üsulu ilə bağırsaq çöpləri aşkar edilir.
Ədəbiyyat: İ.Ə.Ağayev, E.M.Quliyeva, F.Ş.Tağıyeva, X.N.Xələfli, X.H.Cəfərova, Ə.S.Hüseynova, S.N.Xanbutayeva. Dezinfeksiya işi. Bakı, 2008, səh 59
344) Ocaqda cari və yekun dezinfeksiyanın yerinə yetirilməsinə bakterioloji nəzarət etdikdə laborator müayinə üçün nə götürülür?
A) Quru dezinfeksiyaedici maddə
B) Qida məhsulları
C) Xəstələrin paltarları
D) İşlək dezinfeksiyaedici məhlul
E) Xəstələrin analizləri
Ocaqda cari və yekun dezinfeksiyanın yerinə yetirilməsinin bakterioloji nəzarətində laborator müayinəsi üçün işlək dezinfeksiyaedici məhlul götürülür.
Ədəbiyyat: İ.Ə.Ağayev, E.M.Quliyeva, F.Ş.Tağıyeva, X.N.Xələfli, X.H.Cəfərova, Ə.S.Hüseynova, S.N.Xanbutayeva. Dezinfeksiya işi. Bakı, 2008, səh58
345) Yekun dezinfeksiyanın nəticələrinin qiymətləndirilməsi üçün əsas keyfiyyət göstəriciləri hansıdır?
A) Sahənin həşəratlardan təmizlənməsi
B) Təmizləmənin tam və vaxtında aparılması, kameralı dezinfeksiyanın aparılması, vizual və laborator nəzarətin nəticələri
C) Gəmiricilərin sayının azaldılması
D) Həşəratların sayının azaldılması
E) Milçəklərlə mübarizə
Yekun dezinfeksiyanın nəticələrinin qiymətləndirilməsi üçün əsas keyfiyyət göstəricilərinə təmizləmənin tam və vaxtında aparılması, kameralı dezinfeksiyanın aparılması, vizual və laborator nəzarətin nəticələri aiddir.
Ədəbiyyat: İ.Ə.Ağayev, E.M.Quliyeva, F.Ş.Tağıyeva, X.N.Xələfli, X.H.Cəfərova, Ə.S.Hüseynova, S.N.Xanbutayeva. Dezinfeksiya işi. Bakı, 2008, səh 55
346) Cari dezinfeksiyanın nəticələrinin qiymətləndirilməsi üçün əsas keyfiyyət göstəriciləri hansıdır?
A) Vaxtında ocaqda, müəssisələrdə infeksion xəstələrin və gəzdiricilərin ifrazatlarının zərərsizləşdirilməsinin təşkili,vizual və laborator nəzarət
B) Gəmiricilərin sayının artırılması
C) Gəmiricilərin sayının azaldılması
D) Milçəklərlə mübarizə
E) Sahənin həşəratlardan təmizlənməsi
Cari dezinfeksiyanın nəticələrinin qiymətləndirilməsi üçün əsas keyfiyyət göstəricilərinə ocaqda, müalicə - profilaktik və uşaq müəssisələrində vaxtında infeksion xəstələrin və gəzdiricilərin ifrazatlarının zərərsizləşdirilməsinin təşkili, vizual və laborator nəzarəti aiddir.
Ədəbiyyat: İ.Ə.Ağayev, E.M.Quliyeva, F.Ş.Tağıyeva, X.N.Xələfli, X.H.Cəfərova, Ə.S.Hüseynova, S.N.Xanbutayeva. Dezinfeksiya işi. Bakı, 2008, səh 50
Dostları ilə paylaş: |