Bölmə 2. Qidalanma gigiyenası
358) Orqanizmin böyüməsi və inkişafı üçün lazım olan madələrin sintez prosesi necə adlanır?
A) Assimilyasiya
B) Əsas mübadilə
C) Dissimilyasiya
D) Katabolizm
E) Metabolizm
Assimilyasiya – orqanizmin böyüməsi və inkişafı üçün lazım olan maddələrin sintez prosesinə deyilir.
Ədəbiyyat: A.И.Горшков. О.В.Липатова. Гигиена питания. «Медицина» Москва. 1987 səh.20
359) Hansı enerji itkiləri iradi enerji itkisinə aiddir?
A) Əsas mübadiləyə sərf olunan
B) Qidanın həzminə sərf olunan
C) Ürək - damar sisteminin işinə sərf olunan
D) Böyrəklərin işinə sərf olunan
E) Zehni və fiziki işə sərf olunan
Zehni və fiziki işə sərf olunan enerji şəraitdən və insanın iradəsindən asılı olaraq müəyyən həddə qədər azalır və ya çoxalır. Ona görə bu enerji sərfi iradi enrji sərfi adlanır.
Ədəbiyyat: A.И.Горшков. О.В.Липатова. Гигиена питания. «Медицина» Москва. 1987 səh.22
360) Yüngül fiziki əməklə məşğul olanlar əməyin intensivliyinə görə hansı qrupa aiddirlər?
A) II
B) I
C) V
D) IV
E) III
Yüngül fiziki əməklə məşğul olanlar II qrupa aiddirlər.
Ədəbiyyat: A.И.Горшков. О.В.Липатова. Гигиена питания. «Медицина» Москва. 1987 səh.26
Dostları ilə paylaş: |