459) Nəfəslə udulan havada CO2-nin miqdarı artdıqda orqanizmdə hansı proses baş verir?
A) İstilik mübadiləsini pozulur
B) Ürək fəaliyyəti zəifləyir
C) Maddələr mübadiləsini sürətlənir
D) Tənəffüs tezləşir
E) İmmun sistem güclənir
Tənəffüsü tezləşdirir
Karbon qazı (CO2) tənəffüsün tənzimləyicisidir.Qanda CO2 - nin miqdarı tənəffüs mərkəzini qıcıqlandırır. Yəni CO2 - nin miqdarı artdıqda tənəffüsü tezləşdirir
Ədəbiyyat: Р.Д.Габович , С.С. Рознански «Гигиена» Маариф 1987 стр 40 - 41
460) Aşağı atmosfer təzyiqinin orqanizmə təsiri hansı hündürlük səviyyəsində hiss olunmağa başlayır?
A) 2000 m
B) 1200 m
C) 3000 m
D) 1600 m
E) 1800 m
3000 m.
Yer səthindən hündürlüyə qalxdıqca havanın seyrəkləşməsi və qazların miqdarının azalması baş verir, onların parsial aşağı düşür, beləliklə atmosfer təzyiq aşağı düşür. Atmosfer təzyiqin azalması hipoksiya əlamətləri dəniz səviyyəsindən 3000 m hündürlükdə hiss olunmağa başlayır.
Ədəbiyyat: N.A.Kazımov. İ.H.Səmədov.Ümumi gigiyena.Bakı 1999 səh 36 - 40
Dostları ilə paylaş: |