469) Hansı cihaz mikroiqlim göstəricilərini təyin etmək üçün istifadə edilmir?
A) Hiqroqraf,termoanemometr
B) Anemometr,katatermometr
C) Psixrometr,hiqrometr
D) Termometr,termoqraf
E) Batometr,butirometr,aerometr
Batometr,butirometr,aerometr
Mikroiqlim göstəricilərinə havanın temperaturu nisbi rütubəti və havanın hərəkət surəti aiddir. Temperaturu termometr, termoqraf, nisbi rütubəti, psixrometr,hidro - metr,hidroqraf, havanın hərəkət surətini isə anemometr katotermometr və elektrotermoanemometrlərlə təyin edirlər.
Ədəbiyyat: M.A.Kazımov. İ.H.Səmədov.Ümumi gigiyena.Bakı 1999 səh 16 - 35
470) Mütləq rütubət 30 mq/m³,maksimal rütubət 50 mq/m³ olarsa havanın nisbi rütubəti nə qədərdir?
A) 50%
B) 70%
C) 60%
D) 80%
E) 40%
60%
Nisbi rütubət R=K/F 100% düsturu ilə hesablanır. K - mütləq, F - maksimal rütubətdir. Onların qiymətlərini yerinə yazsaq R= 30/50 100% = 60% olar
Ədəbiyyat: N.A.Kazımov. İ.H.Səmədov.Ümumi gigiyena.Bakı 1999 səh 24
Dostları ilə paylaş: |