497) Suyun codluğunun səbəbi nədir?
A) Na və K duzları
B) Ca və Mg duzları
C) Cu və Zn duzları
D) Al və Pb duzları
E) Fe və Ag duzları
Ca və Mg duzları
Suyun ümumi codluğu onun tərkibində Ca və Mq - ün bütün birləşmələrinin (karbonat , sulfat və s) olmasından irəli gəlir.
Ədəbiyyat: M. A. Kazımov. Ümumi gigiyena. Bakı 1999 səh 156
498) Suyun daimi codluğunun səbəbi nədir?
A) Na və K xloridləri
B) Ca və Mg sulfatları
C) Ca və Mg karbonat və xlorid duzları
D) Na və K karbohidratları
E) Ca və Mg hidrokarbonatları
Ca və Mg – un karbonat və xlorid duzları
Daimi codluq suda Ca və Mq - un karbonat və xlorid duzlarının olmasından irəli gəlir ki, suyu 1 saat qaynatdıqdan sonra aradan qalxmır.
Ədəbiyyat: M. A. Kazımov. Ümumi gigiyena. Bakı 1999 səh 156
Dostları ilə paylaş: |