557) Torpağın mexaniki quruluşunu təyin etmək üçün hansı cihaz istifadə edilir ?
A) Aerometr
B) Knopp
C) Snellen
D) Batometr
E) Krotov
Knopp
Torpağın mexaniki quruluşu olaraq torpağa hava və su daxil olduğu üçün öz - özünə təmizləmə prosesini təmin edir. Torpağın mexaniki quruluşu müxtəlif diametrli ələklərlə (Knop cihazı) təyin edilir.
Ədəbiyyat: M.A. Kazımov. Ümumi gigiyena. Bakı 1999 стр 207 - 208
558) Kompostlaşdırma nədir ?
A) Meyvə və tərəvəzlərin konserviləşdirilməsi
B) Tullantıların kənarlaşdırılması
C) Tullantıların utilizasiyası
D) Tullantıların yandırılması
E) Tullantıların torpaq vasitəsilə zərərsizləşdirilməsi
Tullantıların torpaq vasitəsilə zərərsizləşdirilməsi
Kompostlaşdırma tullantıların torpaq vasitəsilə zərərsizləşdirilməsidir.Bu aerob bioloji proses olub istiliyin ayrılması ilə müşayət olunur. Nəticədə tullantılardan mikroorqanizlərin fəaliyyəti ilə əlaqədar bitkilər tərəfindən istifadə olunan həmcins ketlə alınır.
Ədəbiyyat: Н.Ф.Измеров.Общая и коммунальная гигиена.Москва.1985стр 216 - 217
Dostları ilə paylaş: |