887) Duodenal möhtəviyyatın və ödün götürülməsi zamanı hansı məhluldan istifadə olunur?
A) 33% - li MgSO4
B) HCl
C) NaCl
D) ZnSO4
E) NaOH
- 33% - li MgSO4
Qaraciyərdə, öd kisəsində, 12 barmaq bağırsaqda, mədəaltı vəzdə parazitlik edən qurdları aşkar etmək üçün duodenal möhtəviyyat və öd götürülür. Bunun üçün “B” porsiyası götürülməlidir. Bu məqsədlə öd kisəsinə qıcıqlandırıcı və onu büzücü kimi maddələr yeridilməlidir. Belə maddələrə pepton məhlulu, mineral sular, Natrium duzunun məhlulu və s. aiddir. Nəticədə yığılan öd sınaq şüşələrinə toplanır.
Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitalogiya”. Səh 183
888) Dizenteriya amöbünün diaqnozu zamanı yaxmalardan biri nəyə görə lüqol məhlulunda hazırlanır?
A) Sistaları aşkar etmək üçün
B) Toxuma formasını aşkar etmək üçün
C) Böyük vegetativ formanı aşkar etmək üçün
D) Amöbü hava qabarcıqlarından fərqləndirmək üçün
E) Parazitin nüvəsini müəyyən etmək üçün
Sistaları aşkar etmək üçün
Bir çox ibtidailərin həm aktiv - vegetativ, həm də qeyri - aktiv, yəni hərəkətsiz mərhələləri vardır. Diaqnostika zamanı bunların hər ikisi aşkar edilməlidir. Qeyri - aktiv formalarla yəni, sistalarla bilavasitə yoluxma baş verdiyi üçün onları aşkar etmək çox vacibdir. Sistalar lüqolun təsirindən sarımtıl qəhvəyi rəngə boyanır, asanlıqla aşkar edilir.
Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitalogiya”. Səh 16
Dostları ilə paylaş: |