920) Hansı helmintoz zamanı diaqnostika məqsədi ilə “sorğu üsulu” tətbiq edilir?
A) Difillobotsioz
B) Exinokokkoz
C) Himenolepidoz
D) Teniarinxoz
E) Trixosefalyoz
Teniarinxoz
Bəzi helmintlərin yetkin buğumları vaxtaşırı düz bağırsaqdan çıxır. Xəstə bu halları görür. Lakin açıqlamağa utanır. Buna görə də sözü gedən helmintoz zamanı mütləq “sorğu üsulu” yerinə yetirilir. Buğumların xaric olub - olmaması, xəstənin nə ilə qidalanmağı öyrənilir. Daha sonra buğumların quruluşu da öyrənilir. Söhbət teniarinxozdan gedir.
Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitalogiya”. Səh 80.
921) Preparatda aşkar olunmuş ölçüsü 50 - 60 mkm, bir tərəfi qabarıq, digər tərəfi yastı, içərisində rüşeym olan, şəffaf yumurtalar hansı helmintə aiddir?
A) Ankilostom
B) Opistorx
C) Askarid
D) Bizquyruq
E) Klonorx
- Bizquyruq
Helmint yumurtaları çox müxtəlifdir. Laborant onların hamısının quruluşunu dəqiq bilməlidir. Bizquyruq kiçik ölçülü olub, 5 - 15000 - ə qədər yumurta qoyur. Qurd kontakt helmintlərinə aiddir. Yumurtaları aşkar etmək üçün xüsusi müayinə üsulları vardır. Bu helmint enterobioz xəstəliyini əmələ gətirir.
Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitalogiya”. Səh 98.
Dostları ilə paylaş: |