962) Evdə yoluxucu xəstə aşkar edildikdə tibb işçisinin vəzifəsi aşağıdakılardan hansı olmalıdır?
A) Xəstəlik tarixi yazmaq
B) Xəstəxanaya göndəriş vərəqəsi yazmaq
C) Evdə xəstəyə müalicə təyin etmək
D) Dezinfeksiya işini təşkil etmək
E) Təmasda olanların müşahidə etmək, peyvənd işlərini aparmaq
Təmasda olanların müşahidə etmək, peyvənd işlərini aparmaq
Evdə yoluxucu xəstə aşkar etdikdə tibb bacısının vəzifəsi profilaktika məqsədilə təmasda olanların hərarətinin ölçülməsindən və peyvənd işini aparmaqdan ibarətdir
Ədəbiyyat: N.İ.Belova «Tibb bacısının məlumat kitabı», 1990 səh. 566
963) Spesifik profilaktik tədbirlərdə tibb işçisinin əsas vəzifəsi aşağıdaklardan hansı ola bilər?
A) Xəstəni müayinəyə göndərmək
B) GEM - ə dezstansiyaya xəbərdarlıq etmək
C) İmmunizasiya aparmaq, müalicə təyin etmək
D) Təcili tibbi xəbərdarlıq vərəqəsi doldurmaq
E) Kontaktda olanların müşahidəsi
- Xəstəni müayinəyə göndərmək
Spesifik profilaktik tədbirlərdə tibb bacısının vəzifəsi xəstəni müayinəyə göndərməkdən ibarətdir.
Ədəbiyyat: N.İ.Belova «Tibb bacısının məlumat kitabı», 1990 səh. 566
Dostları ilə paylaş: |