285) Peyvənd anamnezini hansı sənəd əsasında araşdırmaq mümkündür?
A) Yaşayış yeri üzrə yoluxucu xəstələrin qeydiyyat kartı
B) Profilaktik peyvəndlərin qeydiyyat kartı
C) Epidemioloji müayinə kartı
D) Dispanser müşahidə kartı
E) Statistik talon
Peyvənd anamnezini profilaktik peyvəndlərin qeydiyyat kartı əsasında aydınlaşdırmaq olar.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. Bakı, 2011, səh. 118
286) Bezredko üsulu ilə aşağıdakı maddələrdən hansı yeridilir?
A) Vaksinlər
B) İnterferonlar
C) Heteroloji immunoqlobulinlər və zərdablar
D) Homoloji immunoqlobulinlər
E) Bakteriofaqlar
Heteroloji immunoqlobulinlər və zərdablar Bezredko üsulu ilə yeridilir.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. Bakı, 2011, səh. 115
287) Hansı xəstəlik zamanı profilaktika məqsədi ilə anatoksinlər istifadə edilir?
A) Tetanus, difteriya
B) Göyöskürək, epidemik parotit
C) Vərəm, məxmərək
D) Hepatit B, qızılca
E) Qızılca, poliomielit
Profilaktika məqsədi ilə tetanus və difteriya xəstəliklərində anatoksinlərdən istifadə edilir.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. Bakı, 2011, səh. 109
Dostları ilə paylaş: |