291) Uşaqlara AGDT vaksinin yeridilməsi zamanı gözlənilən interval nə qədərdir?
A) Üç dəfə aparılan vaksinasiyada 1,5 ayqan 6 aya qədər
B) Üç dəfə aparılan vaksinasiyada 2 - 3 günlük
C) Üç dəfə aparılan vaksinasiyada 1 aylıq
D) Üç dəfə aparılan vaksinasiyada 10 günlük
E) Üç dəfə aparılan vaksinasiyada 2 aylıq
Uşaqlara AGDT vaksinin yeridilməsi zamanı gözlənilən interval 1 aydır.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. Bakı, 2011, səh. 112
292) Deratizasiyanın mexaniki üsulunda nədən istifadə olunur?
A) Lizoldan
B) Xlorpikrindən
C) Tələlərdən
D) Hamısından
E) Krisitdən
Deratizasiyanın mexaniki üsulunda tələlərdən istifadə olunur.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. Bakı, 2011, səh. 108
293) Elektriklə işləyən kameralarda hansı əşyalar zərərsizləşdirilir?
A) Ayaqqabılar (dəri və rezin)
B) Yataq əşyaları
C) Sintetik materiallardan hazırlanmış geyimlər
D) Kitab, dəftər, arxiv materialları
E) Xəzdən olan geyimlər
Elektriklə işləyən kameralarda kitab, dəftər, arxiv materialları zərərsizləşdirilir.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. Bakı, 2011, səh. 107
Dostları ilə paylaş: |