298) Plastmas alətlərin dezinfeksiyası necə aparılır?
A) 20 dəqiqəyə avtoklava yerləşdirmək
B) Axar suda yumaq
C) 40 dəqiqə qaynatmaq
D) 0,5% - li xloramində 30 dəqiqə
E) Dezinfeksiya kamerasina yerləşdirmək
Plastmas alətləri 0,5% - li xloramində 30 dəqiqə dezinfeksiya edirlər.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. Bakı, 2011, səh. 102
299) Qab - qacaq (yemək üçün) hansı məhlulda dezinfeksiya edilir?
A) 20 dəqiqə avtoklavda saxlanılır
B) Sirkə turşusu ilə silinir
C) 30 dəqiqə 0,5% - li xloramin məhlulunda saxlanılır
D) 5 dəqiqə xlorlu əhəngin 10% - li məhlulunda saxlanılır
E) Sirkə turşusunda qaynadılır
Qab - qacağı (yemək üçün) 5 dəqiqə xlorlu əhəngin
10% - li məhlulunda saxlamaqla dezinfeksiya edirlər.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. Bakı, 2011, səh. 102
300) Vərəm xəstələrinin bəlğəminin zərərsizləşdirilməsi üçün qaynamanın müddəti nə qədərdir?
A) 2% - li natrium karbonatda 15 dəqiqə
B) 5% - li xloramində 30 dəqiqə
C) 30% - li xlorheksidində 60 dəqiqə
D) 5% - li lizolda 1 saat
E) 10% - li xlorlu əhəngdə 2 saat
Vərəm xəstələrinin bəlğəmini 2% - li natrium karbonat məhlulunda 15 dəqiqə qaynatmaqla zərərsizləşdirirlər.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. Bakı, 2011, səh. 101
Dostları ilə paylaş: |