333) Xlorlu əhəngin əsas məhlulunun tərkibində aktiv xlorun % - i nə qədərdir?
A) 65 %
B) 35 %
C) 10 %
D) 99,9 %
E) 50 %
Xlorlu əhəngin əsas məhlulunun tərkibində 10 % aktiv xlor var.
Ədəbiyyat: İ.Ə.Ağayev, E.M.Quliyeva, F.Ş.Tağıyeva, X.N.Xələfli, X.H.Cəfərova, Ə.S.Hüseynova, S.N.Xanbutayeva. Dezinfeksiya işi. Bakı, 2008, səh 24
334) Dırnaq üçün qayçıların, ülgüc və s. alətlərin zərərsizləşdirilməsi necə aparılır?
A) “3 qatlı məhlulda” 45 dəqiqə
B) 2 saat qaynatmaq
C) Dezokson ilə
D) 70 % - li etil spirtində yerləşdirmək
E) 1 saat qaynatmaq
Dırnaq üçün qayçıları, ülgüc və s. alətləri “3 qatlı məhlulda” 45 dəqiqə zərərsizləşdirirlər.
Ədəbiyyat: İ.Ə.Ağayev, E.M.Quliyeva, F.Ş.Tağıyeva, X.N.Xələfli, X.H.Cəfərova, Ə.S.Hüseynova, S.N.Xanbutayeva. Dezinfeksiya işi. Bakı, 2008, səh 39
335) Qarın yatalağı və salmonelyoz xəstəliyində 1 litr sidiyi zərərsizləşdirmək üçün aşağıdakı maddələrdən hansı götürülür?
A) 25 q benzil - benzoat
B) 10 q xlorlu əhəng
C) 15 q dibromantin
D) 50 q soda
E) 100 q duru sabun
Qarın yatalağı və salmonelyoz xəstəliyində 1 litr sidiyi zərərsizləşdirmək üçün 10 q xlorlu əhəng götürürlər.
Ədəbiyyat: İ.Ə.Ağayev, E.M.Quliyeva, F.Ş.Tağıyeva, X.N.Xələfli, X.H.Cəfərova, Ə.S.Hüseynova, S.N.Xanbutayeva. Dezinfeksiya işi. Bakı, 2008, səh 10
Dostları ilə paylaş: |