329) Deratizasiyada tədbiq edilən xroniki təsirli zəhər hansıdır?
A) Ftorasetamid
B) Xlorpikrin
C) Fosfid sink
D) Zookumarin
E) Ratindan
Deratizasiyada tədbiq edilən xroniki təsirli zəhər ratindandır.
Ədəbiyyat: İ.Ə.Ağayev, E.M.Quliyeva, F.Ş.Tağıyeva, X.N.Xələfli, X.H.Cəfərova, Ə.S.Hüseynova, S.N.Xanbutayeva. Dezinfeksiya işi. Bakı, 2008, səh 146
330) Gəmiricilərin orqanizmində kumulyasiya edən zəhər hansıdır?
A) Fosfid sink
B) Natrium fosfid
C) Zookumarin
D) Karbon 4 - oksid
E) Xlorpikrin
Gəmiricilərin orqanizmində kumulyasiya edən zəhər zookumarindir.
Ədəbiyyat: İ.Ə.Ağayev, E.M.Quliyeva, F.Ş.Tağıyeva, X.N.Xələfli, X.H.Cəfərova, Ə.S.Hüseynova, S.N.Xanbutayeva. Dezinfeksiya işi. Bakı, 2008, səh 144
331) Laboratoriyada gəmiriciləri zəhərləmək üçün hazırlanmış tələ yemlərinin miqdarı nə qədər olur?
A) Gündəlik
B) 1 aylıq
C) 3 - günlük
D) Kvartal
E) Həftəlik
Laboratoriyada gəmiricilərin zəhərləndirilməsi üçün hazırlanmış tələ yemlərinin miqdarı gündəlik olur.
Ədəbiyyat: İ.Ə.Ağayev, E.M.Quliyeva, F.Ş.Tağıyeva, X.N.Xələfli, X.H.Cəfərova, Ə.S.Hüseynova, S.N.Xanbutayeva. Dezinfeksiya işi. Bakı, 2008, səh 137
332) Gəmiricilər üçün zəhərli taxıl tələ yeminin tərkib hissəsinə taxıl və zəhərdən başqa nə daxildir?
A) Süd
B) Gənəgərçək yağı
C) Bitki yağı
D) Şəkər tozu
E) Su
Gəmiricilər üçün zəhərli taxıl tələ yeminin tərkib hissəsinə taxıl və zəhərdən başqa bitki yağı daxildir.
Ədəbiyyat: İ.Ə.Ağayev, E.M.Quliyeva, F.Ş.Tağıyeva, X.N.Xələfli, X.H.Cəfərova, Ə.S.Hüseynova, S.N.Xanbutayeva. Dezinfeksiya işi. Bakı, 2008, səh 153
Dostları ilə paylaş: |