317) Hansı kamerada ancaq dezinseksiya aparılır?
A) Buxar - formalin
B) Formalin
C) İsti hava
D) Kombinə edilmiş
E) Buxar
İsti hava kameralarında ancaq dezinseksiya aparılır.
Ədəbiyyat: İ.Ə.Ağayev, E.M.Quliyeva, F.Ş.Tağıyeva, X.N.Xələfli, X.H.Cəfərova, Ə.S.Hüseynova, S.N.Xanbutayeva. Dezinfeksiya işi. Bakı, 2008, səh 171
318) Hansı ocaqlardan olan əşyalar isti hava ilə işləyən kameralarda zərərsizləşdirilir?
A) Pedikulyoz
B) Qarın yatalağı
C) Vərəm
D) Vəba
E) Qızılca
Pedikulyoz ocaqlarından olan əşyaları isti hava ilə işləyən kameralarda zərərsizləşdirirlər.
Ədəbiyyat: İ.Ə.Ağayev, E.M.Quliyeva, F.Ş.Tağıyeva, X.N.Xələfli, X.H.Cəfərova, Ə.S.Hüseynova, S.N.Xanbutayeva. Dezinfeksiya işi. Bakı, 2008, səh 171
319) Hansı xəstəliklərin profilaktikasında ilk növbədə sanitar təmizliyi aparılır?
A) Qripdə
B) Göyöskürəkdə
C) Vəbada
D) Parazitar tiflərdə
E) Cüzamda
Parazitar tif xəstəliklərinin profilaktikasında birinci növbədə sanitar təmizliyi aparılır.
Ədəbiyyat: İ.Ə.Ağayev, E.M.Quliyeva, F.Ş.Tağıyeva, X.N.Xələfli, X.H.Cəfərova, Ə.S.Hüseynova, S.N.Xanbutayeva. Dezinfeksiya işi. Bakı, 2008, səh 120
Dostları ilə paylaş: |