501) Suyun şəffaflığı hansı cihazla təyin edilir?
A) Knopp cihazı, aerometr
B) Snellen cihazı, Sekki diski
C) Krotov cihazı, aspirator
D) KİD – 2, RUP – 1
E) Polejayev cihazı, UQ – 2
Snellen cihazı, Sekki diski
Suyun şəffaflığı onda asılı halda olan və həll olmayan hissəciklərin miqdarından asılıdır. İçməli suyun şəffaflığı 30 sm - dən az olmamalıdır.Şuyun şəffaflığını təyin etmək üçün snellen cihazı və ya seki diskindən istifadə edilir.
Ədəbiyyat: M. A. Kazımov. Ümumi gigiyena. Bakı 1999 səh 126 - 127
502) Su nümunəsi götürmək üçün hansı cihaz istifadə edilir?
A) Reometr
B) Batometr
C) Butirometr
D) Barometr
E) Aerometr
Batometr
Laboratoriya müayinəsi üçün müxtəlif üsullardan istifadə olunur. Bu məqsədlə ən çox batometr adlı cihazlardan istifadə olunur. Bu cihazın köməyi ilə su nümunəsi istənilən dərinlikdən götürülə bilər.
Ədəbiyyat: M. A. Kazımov. Ümumi gigiyena. Bakı 1999 səh 113
Dostları ilə paylaş: |