541) Torpağın kimyəvi tərkibi ilə əlaqədar baş verən xəstəliklər necə adlanır?
A) Endokrin
B) Epidemik
C) Endemik
D) Allergik
E) Genetik
Endemik
Endemik xəstəliklər müəyyən bir ərazi üçün xarakterik sayılır və ən çox bu ərazilərdə müşahidə olunur.Torpağın tərkibində bəzi kimyəvi maddələrin az və ya çox miqdarda olması həmin ərazidəki suda, bitki və heyvanat aləminin tərkibində də miqdarının dəyişməsinə səbəb olur.Bu isə orqanizmə daxil olan maddələrin miqdarının az və ya çox olması ilə nəticələnir ki, bu da maddələr mübadiləsi pozğunluğuna gətirib çıxarır. Məs: torpaqda yodun miqdarı az olduqda insanlar tərəfindən istifadə olunan məhsullarda yodun az olması yoda olan tələbatının ödənilməsinə problem yaradır, bu da zob xəstəliyinin əmələ gəlməsinə səbəb olur
Ədəbiyyat: Р.Д.Габович , С.С. Рознански «Гигиена» Маариф 1987 cтр 99 - 101
Dostları ilə paylaş: |