630) Üzvi mənşəli tozlara hansı toz aiddir?
A) Əhəng tozu
B) Un tozu
C) Təbaşir tozu
D) Sement tozu
E) Dəmir tozu
- Un tozu
Üzvi mənşəli tozlar bitki mənşəli, heyvan mənşəli və süni olmaqla 3 yerə bölünür. Un tozu bitki mənşəli olub, tərkibinə görə üzvi tozlara aiddir.
Ədəbiyyat: A.A.Каспаров «Гигиена труда и промышленности» Стp.99
631) Qeyri – üzvi tozlara hansılar aiddir?
A) Bitki tozu
B) Əhəng tozu
C) Şəkər tozu
D) Yun tozu
E) Un tozu
- Əhəng tozu
Qeyri - üzvi tozlara mineral, metalik və qarışıq tozlar aiddir. Əhəng tozu mineral toz olmaqla qeyri - üzvi tozlara aiddir.
Ədəbiyyat: A.A.Каспаров «Гигиена труда и промышленности» Стp.99 - 100
632) Tozların təsirindən ağciyərlərdə baş verən xəsətliklər necə adlanır?
A) Ağciyərlərin emfizeması
B) Plevritlər
C) Pnevmoniyalar
D) Pnevmotoraks
E) Pnevmokoniozlar
- Pnevmokoniozlar
Insan nəfəs aldıqda alveollarla daxil olmuş toz hissəcikləri faqositoza uğrayır. Toz hissəciklərini udmuş faqositlər ağ ciyər alveollarında, limfa düyünlərində toplanır. Faqositlərin toplanıb tələf olduğu yerlərdə birləşdirici toxuma inkişaf edir. Ağ ciyərlərin funksiyası pozulur, birləşdirici toxumanın yerində çapıqlar əmələ gəlir. Bütün bunlar ağ ciyər fibrozu - pnevmokoniozun əmələ gəlməsinə şərait yaradır
Ədəbiyyat: Р.Д.Габович «Гигиена». 1991. Стp.288
Dostları ilə paylaş: |