635) Hansı maddələrə zəhər deyilir?
A) Əmək qabiliyyətini zəiflədən maddələrə
B) Oraqnizmin xəstələnməsinə səbəb olan maddələrə
C) Az miqdarda orqanizmə daxil olarsa sağlamlığı pozan maddələrə
D) Yüksək dozada orqanizmə daxil olaraq sağlamlığı pozan maddələrə
E) Enerji balansının pozulmasına səbəb olan maddələrə
- Az miqdarda orqanizmə daxil olarsa sağlamlığı pozan maddələrə
Hər hansı maddə zəhərli təsir göstərə bilər. Qəbul olunan maddələrin miqdarından asılı olaraq. Gündəlik istifadə etdiyimiz xörək duzu həddindən çox qəbul olunursa sağlamlığın pozulmasına səbəb olur. O maddələr zəhərli sayılır ki, az miqdarda belə orqanizmə daxil olarsa zəhərlənməyə səbəb olur, funksiyaların pozulması ilə nəticələnir.
Ədəbiyyat: A.A.Каспаров «Гигиена труда и промышленности» Стp.151 - 154
636) Istehsalatda zəhərlər orqanizmə hansı yolla daxil olduqda daha təhlükəli sayılır?
A) Mədə - bağırsaq traktı ilə
B) Təmas vasitəsilə
C) Dəri və selikli qişalar vasitəsilə
D) Qan vasitəsilə
E) Tənəffüs yolları ilə
Tənəffüs yolları ilə
Tənəffüs yolları ilə orqanizmə daxil olan zəhərli maddələr kapillyarlarla zəngin olan ağciyərlərin səthindən birbaşa qana sorulur və tez bir zamanda orqanizmin zəhərlənməsinə səbəb olur.
Ədəbiyyat: A.A.Каспаров «Гигиена труда и промышленности» Стp.154 - 157
Dostları ilə paylaş: |