655) Uşaqlar daha çox hansı yoluxucu xəstəliklərlə xəstələnir?
A) Göbələk xəstəlikləri ilə
B) Yuxarı tənəffüs yollarının xəstəlikləri ilə
C) Bağırsaq xəstəlikləri ilə
D) Dəri örtüklərinin xəstəlikləri ilə
E) Qurd invaziyaları ilə
Yuxarı tənəffüs yollarının xəstəlikləri ilə
Uşaqlar daha çox yuxarı tənəffüs yollarının xəstəlikləri ilə xəstələnir.
Ədəbiyyat: Г.Н.Сердюковская, Л.М.Сухарева. Гигиена детей и подростков. «Медицина» Москва 1989 стр.59
656) Uşaq müəssisələrində hava–damcı yoluxucu xəstəlikləri daha çox hansı yollarla yayılır?
A) Eyni sabundan istifadə
B) Söhbət etmə, asqırma, öskürmə
C) Qablar, oyuncaqlar
D) Geyimlər, başqa məişət əşyaları
E) Ərzaq məhsulları
- Söhbət etmə, asqırma, öskürmə
Uşaq müəssisələrində hava - damcı yoluxucu xəstəlikləri daha çox söhbət etmə, asqırma, öskürmə yollarla yayılır.
Ədəbiyyat: M.B.Антропова. Гигиена детей и подростков. «Медицина». Москва 1982 стр.184
657) Orqanizmi ətraf mühitin təbii faktorları ilə möhkəmləndirimək istədikdə hansı prosedurdan başlamaq tövsiyə edilir?
A) Torpaq
B) Hava
C) Kompleks
D) Günəş
E) Su
– Hava
Orqanizmin ətraf mühitin təbii faktorları ilə möhkəmləndirilməsində hava vannalardan başlamaq tövsiyə edilir.
Ədəbiyyat: Г.Н.Сердюковская, Л.М.Сухарева. Гигиена детей и подростков. «Медицина» Москва 1989 стр.125
Dostları ilə paylaş: |