767) Qram müsbət bakteriyalar hansı boyaqla rənglənir?
A) Neyser abısı ilə
B) Gensian violetlə
C) Metilen abısı ilə
D) Lyuqol məhlulu ilə
E) Fuksinlə
- Gensian violetlə
Qram müsbət bakteriyaların hüceyrə divarının keçiriciliyi mikopeptid çox olduğundan Qram mənfilərə nisbətən zəifdir. Ona görə də gensian violet və Lyuqol məhlulu ilə rəngləmə zamanı mikrobun sitoplazmasında möhkəm kompleks birləşmə əmələ gəlir ki, etil spirtinin təsirindən bu birləşmə parçalanmır və mikrob tünd - bənövşəyi rəngi saxlayır.
Ədəbiyyat: H.İbrahimov,S.Zeynalova,İ.Əhmədova,A.Bayramov “Tibbi mikrobiologiyadan təcrübə məşğələlərinə dair” Bakı.1998. . Səh. 30 - 32
Dostları ilə paylaş: |