772) Təzyiq altında buxarla sterilizasiya hansı aparatda aparılır?
A) Anaerostatda
B) Termostatda
C) Krotov aparatında
D) Avtoklavda
E) Paster peçində
- Avtoklavda
Yüksək təzyiq altında buxarla sterilizasiya avtoklav aparatında aparılır. Bu üsul sterilizasiya olunan maddəyə atmosfer təzyiqindən yüksək təzyiqdə doymuş su buxarının temperaturunun təsirinə əsaslanır. Bu zaman mikrobların həm vegetativ, həm də spor formaları məhv olur.
Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı.1998. Səh. 57 - 59
773) Seroloji reaksiya nədir?
A) Antigenlə anticismin qarşılıqlı təsiri
B) Selektiv mühitdə mikroorqanizmin böyüməsi
C) Bakteriya hüceyrəsində cinsi mübadilə
D) Faqositoz
E) Bakteriofaqın təsiri ilə bakteriyanın lizisi
Antigenlə anticismin qarşılıqlı təsiri
Seroloji müayinə üsulu immun zərdabla uyğun antigenin spesifik qarşılıqlı təsirinə əsaslanır. Belə qarşılıqlı təsirlərin formaları müxtəlifdir. Yəni xarici görünüşcə reaksiya mikrobların bir - birinə yapışması, çökməsi, əriməsi və s. şəkillərdə aşkara çıxarılır. İmmunitet reaksiyalarından həm diaqnostik məqsədlə, həm də zərdab və vaksin hazırlanmasında geniş istifadə olunur.
Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 132
Dostları ilə paylaş: |