818) Vəba ilə yoluxma yolu hansıdır?
A) Təmas - məişət
B) Alimentar
C) Həşaratlar
D) Torpaq
E) Hava
- Alimentar
Yoluxma alimentar yolla yəni vibrionlarla çirklənmiş suyun və qida məhsullarının qəbulu nəticəsində baş verir.
Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı.1995. Səh. 219
819) Xüsusi təhlükəli infeksiyalar qrupuna hansı aiddir?
A) Meningit
B) Difteriya
C) Taun
D) Göy öskürək
E) Qrip
- Taun
Xüsusi təhlükəli infeksiyalar qrupuna zoonoz infeksiya olan taun törədicisi aiddir.
Ədəbiyyat: Ф.К. Черкес, Л.Б. Богоявленская, Н.А.Бельская. «Микробиология» «Медицина» Москва. 1987. Səh. 318
820) Taun törədicisi hansı morfoloji quruluşa malikdir?
A) Ucları sancaq şəkillidir
B) Oval formalı çöpdür
C) Ucları dairələnmişdir
D) Vergül formasinda əyilmişdir
E) Təbil çübuğuna oxşar
- Oval formalı çöpdür
Taun çöpləri oval (yumurtayabənzər) hərəkətsiz çöplərdir.
Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı.1995. Səh. 240
Dostları ilə paylaş: |