821) Tulyaremiya törədicisi hansı morfoloji quruluşa malikdir?
A) Təbil çubuğuna oxşar
B) Kiçik kokabənzər bakteriya
C) Oval formalı çöp
D) Ucları dairələnmiş
E) Ucları sancaq şəkilli
- Kiçik kokabənzər bakteriya
Tulyaremiya törədiciləri çox kiçik kokobənzər bakteriyalardır.
Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı.1995. Səh. 252
822) Tulyaremiya xəstəliyinin keçiricisi nədir?
A) İtlər
B) Xırda buynuzlu mallar
C) Gəmiricilər
D) Bitlər
E) İnsanlar
- Gəmiricilər
Tulyaremiya xəstəliyinin keçiricisi gəmiricilərdir.
Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı.1995. Səh. 253
823) Preparat nəyə deyilir?
A) Rənglənmiş yaxmaya
B) İrindən hazırlanmış yaxmaya
C) Basma yaxmaya
D) Qandn hazırlanmış yaxmaya
E) Fiksasiya olunmuş yaxmaya
Fiksasiya olunmuş yaxmaya
Ədəbiyyat: Ф.К. Черкес, Л.Б. Богоявленская, Н.А.Бельская «Микробиология» «Медицина» Москва .1987. Səh. 47
Dostları ilə paylaş: |