838) Patogen anaerobların klostridium cinsinə hansı törədici aiddir?
A) Vərəm
B) Taun
C) Tulyaremiya
D) Tetanus
E) Difteriya
- Tetanus
Patogen anaerobların klostridium cinsinə tetanus törədicisi aiddir.
Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya” Bakı.1995. Səh. 274
839) Tetanus çöpü hansı formadadır?
A) Təbil çubuğu
B) Sancaqşəkilli
C) Düz, nazik çöp `
D) Sporu mərkəzdə yerləşən çöp
E) Streptobasil
Təbil çubuğu
Tetanus çöpləri xarici mühitdə şarabənzər spor əmələ gətirir. Spor hüceyrənin bir ucunda yerləşərək onu təbil çubuğuna bənzədir.
Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”Bakı.1995. Səh. 275
840) Aşağıdakı törədicilərdən hansılar spor əmələ gətirir?
A) Botulizm
B) Bağırsaq çöpü
C) Salmonellalar
D) Vəba
E) Şigellalar
- Botulizm
Botulizm törədicisi ucları girdə polimorf çöplərdir. Oval formalı spor əmələ gətirir
Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı .1995. Səh. 285
Dostları ilə paylaş: |