967) Brüsellyozun spesifik profilaktikasına nə aiddir?
A) Baytar – sanitariya tədbirləri
B) Karantin tədbirləri
C) Heyvanların yun və güzəmlərinin zərərsizləşdirilməsi
D) Vaksinasiyanın aparılması
E) Südün zərərsizləşdirilməsi
Vaksinasiyanın aparılması
Baytar – sanitar tədbirləri südün zərərsizləşdirilməsi, heyvanların yun və güzəmlərinin zərərsizləşdirilməsi, karantin tədbirlər spesifik profilaktika sayılmır.
Ədəbiyyat: И.Г. Булкин. В.И. Покровский «Инфекционные болезни с основами эпидемиологи »1979 cтр 53
Bölmə 10. Qarışıq suallar
968) Epidemik ocaq dedikdə nə başa düşülür?
A) Törədicinin yayılması mümkün olan bütün ərazi
B) Mənzil
C) Xəstə olan palata
D) Uşaq müəssisəsinə gedən xəstə uşağın sağlamlıq qrupu
E) Süd kombinatında işləyən xəstə
Epidemik ocaq dedikdə infeksiya mənbəyinin olduğu yer və törədicinin yayılması mümkün olan bütün ərazi başa düşülür.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 56
Dostları ilə paylaş: |