252) Deratizasiya hansı məqsədlə aparılır?
A) Gəmiriciləri məhv etmək
B) Patogen mikrobların məhv edilməsi
C) Buğumayaqlıların məhv edilməsi
D) Heyvanların məhv edilməsi
E) Quşların tələf edilməsi
Gəmiriciləri (əsasən siçan, siçovul) məhv etmək məqsədilə aparılan təd birlərə deratizasiya deyilir.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 108
253) Dezinfeksiyanın fiziki üsuluna nə aiddir?
A) Qaynama
B) Çırpma
C) Havanın dəyişdirilməsi
D) Tozsorandan istifadə
E) Filtrasiya
Dezinfeksiyanın fiziki üsuluna qaynama, yandırma, günəş işığı, radioaktiv şüalanma və s. aiddir
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 101
Dostları ilə paylaş: |