254) Dezinfeksiya kameraları hansı müəssisələrdə olmur?
A) İstənilən çoxprofilli xəstəxanada
B) Doğum evində
C) Poliklinikada
D) İnfeksion xəstəxanada
E) Şəhər, rayon dezinfeksiya xidmətində
Rayon dezinfeksiya stansiyalarının kamera dezinfeksiya şöbəsi, yoluxucu xəstəxanalar, həmçinin çoxprofilli xəstəxanalar və doğum evləri zavod üsulu ilə hazırlanmış dezinfeksiya kameraları ilə təchiz edilmişdir.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 107
255) Hansı xəstəlik ocağında əşyaların dezinfeksiyası kamerada aparılmır?
A) Pedikulyoz
B) Qarın yatalağı
C) Sh. Zone törədicilərinin əmələ gətirdiyi dizenteriya
D) Difteriya
E) Səpkili yatalaq
Ocaqların yekun dezinfeksiyasında yoluxucu xəstələrin əşyaları, bütün stasionarlarda evə yazılan xəstələrin haısının yataq ləvazimatları kamera işlənməsinə məruz qalır. Bu misalda Sh.Zonne törədicisinin əmələ gətirdiyi dizenteriya ocağında əşyaların dezinfeksiyası aparılmır.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 107
Dostları ilə paylaş: |