267) Dezinseksiyanın hansı növləri var?
A) Fiziki
B) Kimyəvi
C) Mexaniki
D) Profilaktik və qırıcı tədbirlər
E) Bioloji
Dezinseksiyanın profilaktik və qırıcı növləri var.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 105
268) Dəri və xəzdən olan geyim əşyalarının zərərləşdirilməsi hansı kamerada aparılır?
A) Buxar - formalın
B) Buxar
C) Qazla işləyən
D) İsti hava ilə işləyən
E) Elektriklə işləyən
Dəri və xəzdən olan geyim əşyalarının zərərləşdirilməsi buxar - formalın kamerada aparılır.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 107
269) İnsektisidlərə nə aiddir?
A) Xloramin
B) Formalin
C) Xlorpikrin
D) Zookumarin
E) Piretrum, ftisid
İnsektisidlərə piretrum, ftisid aiddir
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 106
Dostları ilə paylaş: |