Sanitar-feldşer ixtisası üzrə nümunəvi test sualları Bölmə Epidemiologiya


) Enterobiozun diaqnostikasında ən effektli üsul hansıdır?



Yüklə 1,39 Mb.
səhifə24/445
tarix02.01.2022
ölçüsü1,39 Mb.
#46756
1   ...   20   21   22   23   24   25   26   27   ...   445
2013-05-14 09-35-36

61) Enterobiozun diaqnostikasında ən effektli üsul hansıdır?
A) Sidiyin müayinəsi

B) Nəcisin müayinəsi

C) Perianal büküşlərdən qaşıntı götürmək

D) Bəlğəmin müayinəsi

E) Rengenoqrafiya
Enterobiozun diaqnostikasında ən effektli üsul perianal büküşlərdən qaşıntı götürmək və onun mikroskopiyasıdır.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 280
62) Bağırsaq infeksiyaları ilə mübarizənin əsas istiqamətləri hansıdır?
A) Törədicilərin yayılma yollarının kəsilməsi

B) Təmasda olanların kimyəvi profilaktikası

C) Meylli kontingentlərin immunlaşdırılması

D) İnfeksiya mənbəyinin aşkar edilməsi və zərərsizləşdirilməsi

E) Dispanser müşahidəsi
Bağırsaq infeksiyaları ilə mübarizənin əsas istiqamətləri törədicilərin yayılma yollarının kəsilməsidir.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 261
63) Qarın yatalağı və parotit A zamanı infeksiya mənbəyi aşağıdakılardan hansıdır?
A) Gəmiricilər

B) Xəstə heyvan

C) Su, torpaq

D) Xəstə şəxs

E) Quşlar
Qarın yatalağı və parotit A - da infeksiya mənbəyi xəstə şəxs sayılır.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 164


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   445




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin