Sanitar-feldşer ixtisası üzrə nümunəvi test sualları Bölmə Epidemiologiya


) Kapsulanı aşkar etmək üçün ən çox hansı boyama üsulundan istifadə olunur?



Yüklə 1,39 Mb.
səhifə334/445
tarix02.01.2022
ölçüsü1,39 Mb.
#46756
1   ...   330   331   332   333   334   335   336   337   ...   445
2013-05-14 09-35-36

768) Kapsulanı aşkar etmək üçün ən çox hansı boyama üsulundan istifadə olunur?
A) Burri - Hins

B) Romanovski - Gimza

C) Ojeşko

D) Qram


E) Sil – Nilsen
- Burri - Hins

Kapsulanın aşkara çıxarılmasının mühüm diaqnostik əhəmiyyəti vardır. Bunun üçün ən çox Burri - Hins üsulundan istifadə olunur. Bu üsulla boyanmış mikroblar cəhrayı - moruğu rəngdə, görünüş sahəsi qara, mikrobun ətrafında olan kapsula isə şəffaf, rəngsiz görünür.


Ədəbiyyat: H.İbrahimov,S.Zeynalova,İ.Əhmədova,A.Bayramov “Tibbi mikrobiologiyadan təcrübə məşğələlərinə dair” Bakı. 1998. . Səh. 36 - 37
769) Turşuya davamlı bakteriyalar hansı üsulla boyanır?
A) Qram

B) Burri - Hins

C) Romanovski - Gimza

D) Ojeşko

E) Sil – Nilsen
- Sil - Nilsen

Bir sıra bakteriyaların qılaflarında və sitoplazmasında lipidlər və mumun miqdarı çox olur. Bu da onların spirtə və turşuya qarşı davamlı olmasına səbəb olur. Belə bakteriyalar turşunun təsirindən rəngsizləşmir, bu mikroblar adi rəng məhlulları ilə rənglənmir, onlar yalnız qatı rəng məhlullarını qızdırılmış şəkildə qəbul edirlər. Rəng məhlulunun qatılığı və rəngləmə zamanı preparatın qızdırılması, bakteriya hüceyrəsi ilə rəng məhlulu arasında qarşılıqlı təsiri gücləndirir.


Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 35 - 36
770) Bakteriyalar üçün hansı diferensial - diaqnostik boyama üsulundan istifadə edilir?
A) Qram

B) Burri - Hins

C) Sil - Nilsen

D) Romanovski - Qimza

E) Ojeşko
- Qram

Qram üsulu mürəkkəb rəngləmə üsullarındandır, universal üsuldur, yəni bütün bakteriyalar bu üsulla rənglənir və rənglənmələrinə görə 2qrupa ayrılır: Qram müsbət və Qram mənfi. Qram üsulu ilə mikrobun rənglənmə mexanizmi onun sitoplazma və qilafinin fiziki - kimyəvi tərkibindən asılıdır. Qram mənfi bakteriyalar qırmızı, Qram müsbətlər isə bənövşəyi görünür.


Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı .1998. Səh. 30 - 32
771) Bakteriyaların hərəkətliliyini təyin etmək üçün hansı üsuldan istifadə edilir?
A) Kağız disklər

B) Seroloji

C) Asılan damla

D) Appelman

E) Driqalski
Asılan damla

Bakteriyaların hərəkəti “əzilən” və “asılan” damla üsulları ilə öyrənilir. Bu preparatları hazırlamaq üçün hərəkətli mikrobun 18 - 20 saatlıq aqar kulturasından istifadə edilir. Bəzən mikrobların çoxalmasını, spor əmələ gəlməsini, ona müxtəlif və fiziki faktorların təsirini öyrənmək üçün onları diri halda tədqiq etmək lazımdır.


Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 39 - 40

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   330   331   332   333   334   335   336   337   ...   445




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin