612) Cari sanitar nəzarəti nədir?
A) Ərazinin seçilməsi üzərində nəzarət
B) Planlı surətdə aparılan nəzarət
C) Yeni tikilən obyektlər üzərində nəzarət
D) İlin sonunda aparılan nəzarət
E) Texnoloji proseslərin gedişinə nəzarət
– Planlı surətdə aparılan nəzarət
Fəaliyyətdə olan obyekt üzərində planlı şəkildə aparılan nəzarət cari sanitar nəzarət adlanır.
Ədəbiyyat: Р.Д.Габович.Гигиена. 1991. Стp. 242 - 244
613) İşin ağırlıq dərəcəsi aşağıdakılardan hansı ilə xarakterizə olunur?
A) Məhsulun keyfiyyəti
B) İşə sərf olunan vaxtın müddəti
C) İşə sərf olunan enerjinin miqdarı
D) Mühit şəraiti ilə
E) Əmək şəraitinin düzgün bölüşdürülməməsi
– İşə sərf olunan enerjinin miqdarı
Fiziki və əzəli işi zamanı orqanizm çoxlu miqdarda enerji sərf edir. Ağırlığına görə iş yüngül, orta və ağır olur. Yüngül – 2300 - 3000 kkal, dəqiqədə 0.5l - dən az oksigen, orta – 3100 - 3900kkal, dəqiqədə 0.5 – 1l oksigen, ağır – 4000 - 4500 kkal, dəqiqədə 1l - dən çox oksigen.
Ədəbiyyat: A.A.Каспаров «Гигиена труда и промышленности» Стp. 21 - 22
614) Aşağıdakı tədbirlərdən hansı yorulmanın qarşısının alınmasında effektli deyil?
A) Şəxsi gigiyena qaydalarına əməl etmək
B) Əmək və istirahət rejiminin təşkili
C) Fiziki hərəkət və məşq etmək
D) İstehsalat proseslərinin avtomatlaşdırılması
E) İş gününün qısaldılması
Şəxsi gigiyena qaydalarına əməl etmək
Yorulmanın profilaktikasında fiziki hərəkətlər və məşq mühim yer tutur. Bundan başqa iş gününün qısaldılması, əmək prosesinin mexanikləşdirilməsi vacibdir.
Ədəbiyyat: A.A.Каспаров «Гигиена труда и промышленности» Стp. 34 - 42
Dostları ilə paylaş: |