584) Yerli ventilyasiyanın əhəmiyyəti nədir?
A) Otaqda ikitərəfli hava cərəyanı yaradır
B) Otağın havasının öz-özünə təmizlənməsini təmin edir
C) Toz və zərərli qazların otağın havasına qarışmasının qarşısını alır
D) Otağın havasını təmizləyir
E) Otaqda mikroiqlimi yaxşılaşdırır
Ədəbiyyat: M.A. Kazımov. Ümumi gigiyena. Bakı ,1999
585) Sorucu şkaflarda hansı növ ventilyasiya tətbiq olunur?
A) Yerli
B) Təbii
C) Ümumi
D) Qarışıq
E) Heç biri
Ədəbiyyat: M.A. Kazımov. Ümumi gigiyena. Bakı ,1999
586) Hansı bənd mənzillərin işıqlanmasına dair gigiyenik tələblərə aid deyil?
A) Mənzilin hər yeri eyni səviyyədə işıqlanmalıdır
B) İşıq mənbəyindən çıxan düz şüalar gözə düşməməlidir
C) Mənzillərə günəş şüası düşməlidir
D) Mənzildə lüminesent lampalardan istifadə olunmalıdır
E) Mənzilin işıqlanma səviyyəsi normada olmalıdır
Ədəbiyyat: R. D. Qaboviç. Gigiyena. Maarif .1975
Dostları ilə paylaş: |