283) İnsanlar arasında zoonoz xəstəliklərinin yayılmasına nə təsir göstərmir?
A) Ov, balıq ovu
B) Heyvandarlıq kompleksləri və quşçuluq fabrikləri
C) Məişət zibilindən şəhərlərin təmizlənməsi
D) Hovuzlarda çimmək
E) Açıq su hövzələrində çimmək
Ədəbiyyat: Л.П.Зуева, Р.Х.Яфаев. Эпидемиология. 2006
284) Hansı infeksion xəstəlik vertikal yolla yayılmır?
A) İİV infeksiyası
B) B viruslu hepatiti
C) Toksoplazmoz
D) Dizenteriya
E) Məxmərək
Ədəbiyyat: Л.П.Зуева, Р.Х.Яфаев. Эпидемиология. 2006
285) Vertikal keçmə mexanizm dedikdə törədicinin yayılması necə baş verir?
A) Evdə olan toz vasitəsilə
B) Yoluxmuş tərəvəzdən
C) Yoluxmuş sudan
D) Anadan dölə
E) Yoluxmuş torpaqdan
Ədəbiyyat: Л.П.Зуева, Р.Х.Яфаев. Эпидемиология. 2006
286) Hansı xəstəlik sapronoz infeksiyalarına aiddir?
A) A viruslu hepatiti
B) Leqionelyoz
C) Eşerixioz
D) Enterobioz
E) Difteriya
Ədəbiyyat: Л.П.Зуева, Р.Х.Яфаев. Эпидемиология. 2006
287) Xəstə insan infeksion xəstəliyin hansı dövrlərində ətraf mühit üçün təhlükəli deyil?
A) Prodromal dövründə
B) Rekonvalessensiya dövründə
C) İnkubasiya dövrünün bütün müddəti ərzində
D) Xəstəliyin kəskin dövründə
E) İnkubasiya dövrünün son günləri
Ədəbiyyat: Л.П.Зуева, Р.Х.Яфаев. Эпидемиология. 2006
288) Salmonelyozun yayılma yolları və amillərinin zərərsizləşdirilməsi üzrə kompleks tədbirlərə nə aid deyil?
A) Qida məhsullarının hazırlanması, saxlanması və istifadəsi üzərində sanitar nəzarəti
B) Ambarlarda dezinfeksiya işləri
C) Xəstəxanadaxili salmonelyozun xəbərdarlığı üçün stasionarlarda sanitar – gigiyenik qaydaların və əks epidemik rejimin gözlənməsi
D) Heyvanların saxlanması və kəsilməsi üzərində baytar – sanitar nəzarəti
E) Əhalinin immunoprafilaktikası
Ədəbiyyat: Л.П.Зуева, Р.Х.Яфаев. Эпидемиология. 2006
Dostları ilə paylaş: |