242) Quduzluq əleyhinə profilaktik immunizasiya kursu kimlərə aparılır?
A) Bütün əhaliyə
B) Yaşlı əhaliyə
C) Yalnız uşaqlara
D) Evində heyvan saxlayanlara
E) Baytarlıq laboratoriyasının işçilərinə, it tutanlara, ovçulara və s.
Ədəbiyyat: Л.П.Зуева, Р.Х.Яфаев. Эпидемиология. 2006
243) Antirabik vaksini harada vururlar?
A) Peyvənd otağı
B) İnfeksion xəstəliklər kabineti
C) Manipulyasiya otağı
D) Fizioterapiya otağı
E) Cərrahi, travmataloji kabinet
Ədəbiyyat: Л.П.Зуева, Р.Х.Яфаев. Эпидемиология. 2006
244) Dişləyən heyvan üzərində nəzarətin müddəti nə qədərdir?
A) 10 gün
B) 15 gün
C) 45 gün
D) 25 gün
E) 30 gün
Ədəbiyyat: Л.П.Зуева, Р.Х.Яфаев. Эпидемиология. 2006
245) Antirabik vaksinlə müalicə- profilaktik immunizasiya əleyhinə əks göstəriş nədir?
A) Hamiləlik
B) Qızdırma
C) Xroniki hepatit
D) Əks göstəriş yoxdur
E) İmmun çatışmamazlığı
Ədəbiyyat: Л.П.Зуева, Р.Х.Яфаев. Эпидемиология. 2006
246) 7 yaşında uşaq oynayan zaman it baldırından dişləyibsə və uşaq 2 ay əvvəl ADT-M anatoksinini planlı qaydada alıbsa , uşağa qarşı hansı tədbir aparmaq lazımdır?
A) Antirabik immunoqlobulin vurmaq
B) Antirabik peyvəndin kombinə edilmiş kursunu ( vaksin və immunolobulin )
C) AT-anatoksin yeritmək
D) Peyvənd aparılmır, heyvan üzərində nəzarət
E) Antirabik vaksini vurmaq
Ədəbiyyat: Л.П.Зуева, Р.Х.Яфаев. Эпидемиология. 2006
247) 38 yaşlı kişini baldırından it dişləyib. Itin vəziyyəti haqqında məlumat var. Həmin şəxs tetanus əleyhinə peyvənd almayıb. Belə halda travmatoloji məntəqə həkiminin işi nədən ibarətdir?
A) Antirabik peyvənd aparmaq lazım deyil
B) Tetanus əleyhinə peyvəndlər aparmaq lazım deyil
C) İt üzərində nəzarət lazım deyil
D) Antirabik vaksin və immunoqlobulin vurmaq
E) AT-anatoksini və ya zərdabını vurmaq, it üzərində nəzarət
Ədəbiyyat: Л.П.Зуева, Р.Х.Яфаев. Эпидемиология. 2006
Dostları ilə paylaş: |