Onluq say sisteminin (DECimal) əsası ondur, yəni burada ədədlərin yazılışı üçün on rəqəmdən (0,1,2,3,4,5,6,7,8,9) istifadə olunur.
Əsas: q = 10.
Əlifba: 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9.
Məsələn, onluq say sistemində A10 = 4718,63 açıq şəkildə belə yazılır:
A10 = 4·103 + 7·102 + 1·101 + 8·100 + 6·10-1 + 3·10-2
Say sisteminin əsası mötərizə içərisində indeks kimi göstərilir. ədədi adi halda belə yazılır:
(2)
Vergül işarəsi tam hissəni kəsr hissədən ayırır və mövqelərin (mərtəbələrin) çəki qiymətlərinin hesablanmasının başlanğıcını təyin edir. Gündəlik həyatımızda da biz məhz bu cür yazılışdan istifadə edirik.
Onluq say sisteminin
İnformatikada əsası 2 olan ikilik və bu say sistemi ilə asan əlaqə yaratmağa imkan verən 8-lik (23) və 16-lıq (24) say sistemlərindən istifadə olunur. Ən geniş tətbiq olunan ikilik say sistemidir. İndiyə qədər mövcud olan, o cümlədən, müasir kompyuterlərdə informasiyanın maşındaxili təsviri üçün 2-lik say sistemindən istifadə olunur.
Dostları ilə paylaş: |