Sayali sadiqova



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə137/208
tarix25.12.2023
ölçüsü3,57 Mb.
#194908
1   ...   133   134   135   136   137   138   139   140   ...   208
Mohsun N - Sayali S Azerbaycan edebi dili son (2)

I.
 
Ümumişlək məna daşıyan sözün məna cəhətdən ge-
nişlənib termin mənası ifadə etməsi. 
Bu prosesdə adi sözün
söz birləşməsinin adlandırma funksiyasının genişlənməsini gö-
rürük. Belə ki, ümumişlək məna daşıyan söz, söz birləşməsi se-
mantik cəhətdən genişlənib yeni anlayış bildirir. Bu barədə 
D.S.Lotte yazır: “Adi söz elmi-texniki terminə çevrilərkən ter-
minlərin müəyyən sistemində müəyyən məna kəsb edir: daha 
doğrusu, belə sözün əvvəl qeydə alınmış mənasına yeni bir mə-
na əlavə olunur
1
”.
R.A.Budaqov da terminlərin necə əmələ gəlməsindən danı-
şarkən qeyd edir ki, onlar ya ədəbi dildə mövcud olan sözlərdən 
onlara xüsusi, əlavə terminoloji məna vermək yolu ilə, ya da 
başqa dillərdən, ən çox leksikanın beynəlmiləl ünsürlərindən ya-
1
Лотте Д.С. Основы построения научно-технической терминологии. 
Москва, 1961, стр.38


255 
ranır. Bir sıra hallarda elə olur ki, ümumi ədəbi sözə texniki cə-
hətdən məna verərkən o daha çox xüsusi məna kəsb edir və özü-
nün birinci mənbəyindən uzaqlaşır. Ümumi ədəbi sözlərdən 
əmələ gəlmiş termin öz mənbəyinə qarşı xüsusi omonimə çevri-
lir, yəni onunla əlaqəni tamamilə və qismən itirir. 
Adi sözlərin, söz birləşmələrinin əvvəlki mənasına yeni bir 
mənanın əlavə olunması onları məhdud dairədən kənara çıxarır 
və terminologiyanın zənginləşməsində böyük rol oynayır. Məsə-
lən, 
"bərklik"
sözü xalq içərisində "simic", "xəsis" mənasında iş-
lənir: Bərklikdə tayı-bərabəri tapılmayan Qasım bəy malikanəyə 
girəndə gözünə kim sataşsa onu soymamış buraxmazdı /F.Kə-
rimzadə, Xudafərin körpüsü, səh.36/. 
Fizikada 
isə tamamilə yeni 
elmi məna, məfhum ifadə edən “bərklik -müəyyən bir materiala 
özündən bərk cisim girən zaman materialın həmin cismə göstər-
diyi müqavimətdir
1
”.
Məişətdə geniş istifadə edilən 

Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin