263
ədəbiyyatşünaslıqda
– mollanəsrəddinçi, felyetonçu, füyu-
zatçı, bayronçu, mədhiyyəçi, folklorçu;
dini terminologiyada
– ilahiyyatçı, mərsiyəçi, azançı, ziya-
rətçi, ehkamçı;
ictimai-siyasi terminologiyada
– terrorçu, təbliğatçı, siya-
sətçi, mitinqçi, işğalçı, inqilabçı, xalqçı;
musiqişünaslıqda
– kamançaçı, klarnetçi; musiqiçi, qar-
monçu;
idmanda
– güləşçi, finalçı, şərhçi, müdafiəçi,
futbolçu,
məşqçi, üzgücü, icmalçı və s.
Onu da qeyd etmək lazımdır ki, bu şəkilçi hər nə qədər
məhsuldar olsa da, elm və texnikanın müxtəlif sahələrində yeni
terminlərin yaranmasında heç də bərabər şəkildə iştirak etmir.
Bu isə, şəkilçinin xarakterindən asılıdır. Belə ki, "-çı
4
şəkilçisi
peşə və sənət məzmunu yaratdığına görə yalnız ümumi isimlərlə
işlənib cansız varlıqdan canlı varlıq təsəvvürü yaradır.” Bir sıra
sahələrdə isə terminlər tamamilə başqa məfhumları, cansız var-
lıqda gedən prosesləri ifadə edir. Belə sahələrdə -çı
4
şəkilçisi iş-
ləkliyini itirir.
Ona görə də, fizika-riyaziyyat, kibernetika, kim-
ya, biologiya və s. kimi sahələrdə terminlərinin əmələ gəlməsin-
də bu şəkilçinin rolu əsasən sıfırdır.
Dostları ilə paylaş: