Sayali sadiqova



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə142/208
tarix25.12.2023
ölçüsü3,57 Mb.
#194908
1   ...   138   139   140   141   142   143   144   145   ...   208
Mohsun N - Sayali S Azerbaycan edebi dili son (2)

“Mərtəbə”
– 
geologiyada
ümumi stratiqrafik şkala vahidi; 
geoloji əsr müddətində toplanan, müəyyən qazıntı, fauna və flo-
ra kompleksinə malik olan süxurların məcmusu; 
riyaziyyatda
ədədin yazılışında rəqəmin tutduğu yer. (Onluq say sistemində 
təklik – 1-ci, onluq – 2-ci, yüzlük – 3-cü mərtəbədir); /ASE, VI 
c.B.1982/.
 “Reduksiya”
-
kimyada
“bir maddədən oksigenin çıxarıl-
ması və oksigenin hidrogenlə əvəz edilməsi, texnikada - mühər-
riklər və başqa qurğu sistemlərində mayelərin və ya qazların təz-
yiqinin xüsusi cihazlar vasitəsi ilə azaldılması”;
biologiyada
– 
“bədən üzvünün öz funksiyasını itirməsi ilə əlaqədar olaraq ki-
çilməsi”, 
fizikada-
“mürəkkəb bir prosesin sadə prosesə keçməsi 
və ya keçirilməsi”;
 dilçilikdə 
– “müəyyən fonetik vəziyyətdə sə-
sin zəifləşməsi”; 
tibbdə
– “bədəndən kəsilib götürülmüş sümük 
hissəsinin əvəzinə başqa sümük parçası qoyulması” mənalarında 
işlədilir. /ASE. B.,1984. VIII c. səh.97/. 
Deməli, semantik yolla yaranan terminlər elmin, texnikanın 
beş-altı sahəsində də müxtəlif anlayışları ifadə edə bilər. 
Elə terminlər də var ki, aid olduğu sahədə bir neçə məna 
ifadə edir. Məsələn, 
“Avanport”
termini gəmiçilikdə həm gəmi-
lərin lövbər saldığı limanın xarici ön hissəsi”, həm də “qoşa 
portlardan biri (əsas port çağın mənsəbinə yaxın, avanport isə 
dənizə yaxın yerləşir.) mənasını daşıyır. 
“Meridian”
termini 
ri-
yaziyyatda
həm “üçbucağın təpə nöqtəsini qarşıdakı tərəfin orta-
sı ilə birləşdirən düz xətt parçası” mənasını, həm də “təsadüfi 


260 
kəmiyyətin qiymətinin paylanma xarakteristikalarından biri” 
mənasını /ASE.B.1983,V c./; 

Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin