Sayali sadiqova


Qəzəldir  güli-bustani-hünər.  Qəzəl bildirir şairin qüdrətin



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə14/208
tarix25.12.2023
ölçüsü3,57 Mb.
#194908
1   ...   10   11   12   13   14   15   16   17   ...   208
Mohsun N - Sayali S Azerbaycan edebi dili son (2)

Qəzəldir 
güli-bustani-hünər. 
Qəzəl bildirir şairin qüdrətin
Qəzəl
 bildirir nazimin şöhrətin.
M.Füzulinin yaradıcılığında işlənən “qəzəl” termini lirik şeir 
mənasındadır. Elə həmin terminoloji məna bu gün də qalmaqda-
dır. “Qəzəl” termini ərəbcə “məcazo” sözündən götürülmüşdür. 
Onun yaradıcılığında terminlərin müəyyən qismi semantik 
zənginliyi ilə diqqəti cəlb edir. Məsələn, divan - “külliyyat” mə-
nasında: 
 
1
Ə.Dəmirçizadə Azərbaycan ədəbi dilinin tarixi, I hissə. Bakı, “Maarif”, 
1979, səh.177. 
2
Azərbaycan ədəbi dilinin tarixi. Bakı, 1991, səh.81.


53 
Qəzəllədən bir müxtəsər 
divan 
Cəm etmək səlahin gördüm
Üslub – “tərz”, “üsul” mənasında: 
Fikir eylə və gör nədir bu 
üslub
 
Nə saniədir bu vəzi-mənsub

M.Füzulinin əsərlərində müxtəlif elm sahələrinə aid çoxlu 
termin işlənmişdir. Məsələn; iqlim, bəhr, qəmər, səyyarə, sitarə 
(ulduz), kövkəb, zaviyə, nəhr, əncümən, tul dairəsi, bürc, gəra-
tan və s. 
Dini terminlər: tövbə, təriqət, şükr, zöhd (zahidlik), xof (Al-
lahdan qorxmaq), Xudavənd, məhər, vaiz, minbər, səcdə, mizan, 
etiqad, batil və s. Dini terminlər şairin “Hədiqətüs – şüəda” əsə-
rində daha çox işlənmişdir. Bu isə əsərin dini mövzuda yazılma-
sı ilə bağlıdır. Əsərdə dini hadisələrlə və dini mövzularla əlaqə-
dar şəriət, namaz, ibadət, dua, şeyx, rahib, imam, dərviş, qiya-
mət, rüzi – məhşər kimi ifadələr təkrar – təkrar işlədilmişdir. 
M.Füzuli yaradıcılığında hərbi anlayışlar da poetik şəkildə işlən-
mişdir. Məsələn: 
Oxa peykan
 tikilir qəmzən üçün peyvəstə, 
Toxunar mənə oxu qaşın ucundan 

Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin