56
Və ya
Öz sirrini açma
neyə
, saxla onu pünhan.
Çün ağzı açıqdır danışar hərzəvü hədyan.
Və ya
Dəfdən
uzaq ol ki, işi ah ilə fəğandır
Bir sillə ilə hər şeyi dünyayə açandır.
Və ya
Qanundan uzaq gəz, ona sirr açma, uzaq dur
İzhar eləməkçin cün onun yüz dili vardır.
Göründüyü kimi, M.Füzuli yaradıcılığında çoxlu miqdarda
terminlər işlənmişdir. Bunların içərisində müxtəlif elmlərə –
musiqiyə, ədəbiyyatşünaslığa, riyaziyyata, botanikaya, hərbə və
s. sahələrə aid terminlər daha çox işlənir. Bu terminlərin anlaşıl-
maz, qəliz olmasının səbəbi ərəb və fars sözlərinin varlığı və ya
çoxluğunda deyildir. Bu dövrlər arasındakı ictimai-siyasi fərq-
lərdən, elmin inkişafı ilə bağlı dilin lüğət tərkibində əmələ gələn
dəyişikliklərdən də asılıdır. Eyni zamanda şəraitlə bağlı
olaraq
sənətkar öz əsərlərində fəlsəfi məfhumların, ictimai məsələlərin,
elm, mədəniyyət, din və sənət ilə əlaqədar fikirlərin ifadə olun-
masında ərəb və fars dillərindən termin – sözlər alaraq işlətməli
olmuşdur. Bu bir tərəfdən dillər arasındakı çoxəsrlik əlaqənin
mövcudluğundan irəli gəlirdi. Dilin hər cür xarici təsirə müqavi-
mət göstərməsinə və öz saflığını qorumasına baxmayaraq hər bir
dilə başqa bir dildən az-çox söz keçmişdir. Hətta qalib gələn dil
belə öz lüğət tərkibini başqa bir dilin hesabına artırır. Belə alın-
ma sözlər isə çox zaman bu və ya digər dilin lüğət tərkibinin
çoxcəhətli və zəngin olmasına böyük təsir edir.
Bütün müasir
dillərdə olduğu kimi, müasir Azərbaycan dilinin də lüğət tərki-
bində bir sıra alınma sözlər mövcuddur. Bu dövrdə də alınma
sözlərin – terminlərin işlənməsi təbii bir proses idi. Belə ki, dini
istilahların çoxu (münbər, zöhrə, batil, mehrab, təriqət, fani, əf-
57
lak, etiqad, behişt, məhşər, zöhd, namaz, həzrət və s.)
o zaman
ümumi şəkildə qəbul edilmiş və Füzulidən əvvəl də müsəlman-
lar arasında yayılmış sözlərdir. Bu da təbii idi. Çünki müsəlman-
lığı qəbul etmiş hər bir şəxs hər gün namaz qılarkən səcdə edir,
ya nücum elmindən, ya da falnamələrdən bürclərin, ulduzların,
illərin adını öyrənirdi. Deməli, Füzuli
dövründə onun işlətdiyi
terminlər öz zəmanəsi üçün kütləvi-ədəbi bir dil olmuşdur. Fü-
zuli dövründə işlənən ərəb və fars terminlərinin çoxu – dərman,
can, xəstə, dünya, ahəng, səhra, cahan, dövlət və s. bu gün artıq
ümumişlək sözlər sayılır. Beləliklə, Füzuli öz dövrünün ümum-
xalq Azərbaycan dilindən məharətlə istifadə etmiş, bu dildə əsər
yazmağın çətinliyindən çəkinməmiş və istər bədii, istərsə də el-
mi dilimizi yüksək zirvələrə qaldırmışdır.
Dostları ilə paylaş: