24
Bu dövrdə fəal şəkildə işlədilən döyüş və savaş prosesini və
orada işlədilən alətlərin adlarını
bildirən sapan, cida, gürz, yay,
ox, dəyənək, topuz anlayışları artıq arxaikləşmiş terminlərdir.
Məsələn:
Ərənlər əvrənç Qaraçuq çoban sapanın ayasına.
Qalxanını urdu, dəbilqəsini əzdi, üz-gözünü meyirdi, ancaq oğ-
lanı məğlub edə bilmədi. İki qardaşı oxa düşdü, səhid oldu. Qa-
ra polat uz qılıncın belinə quşadı. Ağ tozlıca qağı yayın əlinə al-
dı. Altun cidasın əlinə aldı. Oğlan qırq yığıdin boyuna aldı at
dəpdi, cəng və savaş etdi. Əzrayıl nə çavuş gördü; nə qapuçı.
Mənim avımı bozma, ləşkərimi
dağıtma. Çal qılıncın, ağam Qa-
zan, yetdim! -dedi. Altı pərli gürzünü ələ alıb, atını oğlanın üzə-
rinə sürdü.
Elə terminlər var ki, hazırda da o mənanı bildirir və işlənir.
Məsələn, Dün qara pusarıq ordunun üzərinə tökülü gördün. Qa-
lan kafirlər bunu bildirər,
meydanı
qoyub qaçdılar. Hünərin var-
sa, qardaşın Əlincə qalasında
əsiridir,
get, onu qurtar. Tövlədən
bir şahənə at çıxardı, yəhərlədi
döyüş
paltarını
geyindi.
N.Həsənzadə yazır: “Nəhayət, bir qədər də irəli gedib deyə
bilərik ki, Səfəvilər dövründə (XVI
əsrin əvvəllərindən XVIII
əsrin əvvəllərinə qədər), lap elə sonra da inzibati,
həmçinin hərbi
terminologiya nəinki Azərbaycan dilində,
hətta fars dilində də
məhz azərbaycanca olmuşdur. Deməli, XIX əsrə qədər Azərbay-
can dilində termin yaradıcılığının əsas mənbəyinin ərəb,
yaxud
fars dilinin olduğunu demək düzgün deyil – bu faktlarla təsdiq
olunur”.
1
Yeməklə bağlı anlayışlar da abidədə zəngindir. Bu da Oğuz
türklərinin qədim azərbaycanlıların
təsərrüfat mədəniyyəti ilə
əlaqədardır. Yeməklərin əksəriyyəti heyvandarlıqla bağlıdır. Ye-
mək adları, qab-qacaq adları və yemək hazırlamaqla bağlı əşya-
ların adları burada öz əksini tapmışdır.
1
Həsənzadə N. “Kitabi-Dədə Qorqud”un terminoloji leksikası. Nam. diss.
B., 1992, səh.34.