23
adətən, ictimai münasibətlərin xarakterinə təsir göstərir. Hərbi iş
türklərin sənət səviyyəsi idi. Abidə də hərbi terminlərin əsasını
milli vahidlər təşkil edir. Bir sıra qeyri-türk
mənşəli hərbi ter-
minlər də abidənin dilində təsadüf olunur, bunlar mətnə sonra
əlavə edilmişdir. T.Səlimov yazır: “Ümumiyyətlə,
dastan o
dövrdə (X-XV əsrlər nəzərdə tutulur) Azərbaycan xalqının icti-
mai-siyasi, ailə məişəti, mədəni həyatı ilə yanaşı, hərbi iş, qoşu-
nu, habelə silahları öyrənmək baxımından da qiymətli bir mən-
bədir”.
1
Bir sıra tədqiqatçıların dediklərinin əksinə olaraq, Azər-
baycan ərazisində yaşayan türklər barbar hərbçilər olmamışdır,
əksinə hərbi iş onlarda sənət səviyyəsində idi, “Kitabi-Dədə
Qorqud” dastanlarında işlənən faktlar bütün bunları dəqiqliyi ilə
əks etdirir. Dastanda hərblə bağlı terminlər daha çox işlənmişdir.
Məsələn: alay – üç yüz döyüşçüdən təşkil olunmuş hərbi dəstə
mənasında işlənir. T.Səlimov
göstərir ki, M.Kaşğari, İbn Bili,
Əfləki, İbn Bətut, Rəşid əd-Din və s. üzrə aparılan tədqiqatlar-
dan belə nəticə çıxır ki, “alay” (polk) ən tezi səlcuqlar dövründə
meydana gəlmişdir. Bu söz-terminin işləndiyi ilk mənbələrdən
biri də “Dədə-Qorqud” dastanıdır. Dastanda ən çox adı çəkilən
və oğuzların ən çox istifadə etdikləri silah giliz, gilizlamaq anla-
yışlarıdır. Hərbi terminologiyanın sistem olmasını
şərtləndirən
birinci əlamət burada hərb sənətinin ən müxtəlif sahələrinə aid
olan anlayışların əhatə dairəsidir. Belə ki, abidənin dilində qo-
şun və onun bölüklərinin adları, silah və onun hissələrinin adları,
hərbi geyim adları, hərbi leksika və hərblə bağlı hərəkət anlayış-
larını bildirən sözlər sistem şəkildə işlənir. Dastanda işlənən hər-
bi terminlər türk mənşəlidir. Məsələn,
Mərə nə heybətli qocasan
Dostları ilə paylaş: