Səadət Qüdrət qızı Səttarova sənətşünaslıq üzrə fəlsəfə doktoru



Yüklə 125,64 Kb.
Pdf görüntüsü
səhifə2/2
tarix08.06.2023
ölçüsü125,64 Kb.
#126722
1   2
TEZE MEQALE SADA

 
“...Müəllimlik – bu çox çətin , böyük fədakarlıq istəyən və 
hətta “ öz – özünü məhrum etmək “ bacarığıdır . Belə ki , özün 
üçün qoruyub saxladığının çoxunu ləyaqətli şagirdinə ötürürsən. 
Çünki sinifdə “ xəsislik “ mümkün olan şey deyil . Bu 
xeyirxahlığın nəticəsi sonralar sənin yetirmələrinin uğurları ilə 
yetərincə ödənilir .” Dahı bəstəkar Qara Qarayevin müəllim 
əməyi , fəaliyyəti haqqında dediyi bu qiymətli kəlamlar 
həqiqətən də Fərhad Bədəlbəylinin bir pedaqoq kimi 


fəaliyyətinin və yaradıcı mövqeyinin dəqiq və gözəl 
xasiyyətnaməsidir . 
Sevimli müəllimimlə illər boyu qurduğum təmasım həyatımın 
nəinki müəyyən bir mərhələsi olmuşdur , eyni zamanda , günəş 
tək peşə yoluma şəfəqlərini əsirgəməyib məni sehirli musiqi 
aləminin yolçusu etmişdir . Həyatda , sənətdə atdığım hər bir 
addım , hər bir taleyüklü qərarlarım məni Fərhad Bədəlbəyli 
məktəbinin yetişdirməsi kimi daha böyük , ciddi məsuliyyət 
yükü daşımağıma vadar edir . Hər dəqiqə ,hər an öz üzərimdə 
yaradıcı iş əsirgənməyərək , məni Bədəlbəyli sinifinin yetirməsi 
kimi özünə daha əmin , güvənli olmaqda yardımçım olur . 
Fərhad Bədəlbəyli Azərbaycan peşəkar musiqisinin , ifaçılıq 
sənətinin yanar ürəyi , döyünən qəlbi , vuran nəbzi olub musiqi 
sənətimizə neçə nəsil gözəl musiqiçilər ,ixtisasçılar , pedaqoqlar 
bəxş etmiş və edəcəkdir . 

 
 
 
 
 

Yüklə 125,64 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin