Kompyuter şəbəkəsi, öz aralarında hər hansı qayda ilə birləşdirilmiş kompyuterlər qrupudur. Daha geniş anlamda bu, radio, yaxud televiziya şəbəkəsinə oxşayır. Ancaq teleşəbəkələrdə bir informasiya eyni vaxtda bütün qəbuledicilərə verilir (belə şəbəkə verici şəbəkə adlanır); komputer şəbəkələrində isə hər bir məlumat, adətən, ünvanlı, yəni müəyyən bir komputerə yönəldilir. Televiziya şəbəkələrindən fərqli olaraq komputer şəbəkələri həmişə ikiistiqamətlidir: A komputeri B komputerinə məlumat göndərirsə, B komputeri də A komputerinə cavab göndərə bilər
Kompüterlərin şəbəkə vasitəsilə birləşdirilməsinin əsas səbəbləri aşağıdakılardır:
- Resursların bölüşdürülməsi
-- Tətbiqi proqramların bölüşdürülməsi
-Prosessorun resurslarının bölüşdürülməsi
-- Telekommunikasiya
Resursların bölüşdürülməsi.
Resursların bölüşdürülməsi onlardan qənaətlə istifadəyə imkan yaradır. Məsələn, çap qurğularındanş ümumi informasiya daşıyıcılarından, modemlərdən, işçi stansiyalardan və s;
Şəbəkə kabel növləri hansılardır?
Kabellərin aşağıdakı tiplərinin adı çəkilir:
bir modlu optik lifli;
çox modlu optik lifli;
ekranlaşmamış burulmuş cüt
ekranlaşmış burulmuş cüt. OPTİK LİFLİ KABEL
Optik lifli kabel (fiber-optic cable) işıq impulslarını keçirə bilən şəffaf şüşə və ya plastik nüvədən ibarətdir. Nüvə əksetdirici qatla (cladding) əhatə olunmuşdur. Əksetdirici qat öz növbəsində, plastikdən olan bufer qatı ilə örtülmüşdür. . Optik lifli kabelin iki əsas tipi mövcuddur: bir modlu və çox modlu. Bu iki tip arasında əsas fərq nüvənin və onun əksetdirici örtü-yünün qalınlığındadır. Optik lifli kabelin tipini optik lifin ölçüsünə görə (nüvənin və əksetdirici örtüyün ümumi qalınlığına görə) müəy-yən etmək olar. Bir modlu lifdə nüvənin diametri adətən 8,3 mikron, nüvənin və əksetdirici örtüyün ümumi qalınlığı isə 125 mikron olur, ona görə də bir modlu kabeli adətən “bir modlu 8,3/125 lif” kimi işarə edirlər. Ondan fərqli olaraq, çox modlu lif 62,5 mikron diametr-li nüvəyə malikdir, nüvənin və əksetdirici örtüyün ümumi qalınlığı isə 125 mikrondur, ona görə də çox modlu lifi “çox modlu 62,5/125 lif” kimi işarə edirlər.
KOAKSİAL
Koaksial (eyni oxlu) kabelin örtüyünün daxilində iki naqil vardır. Onlardan fərqli olaraq, koaksial kabel dairəvi formalıdır və onda bir naqil digərinin daxilində yerləşir . Kabelin mərkəzində yerləşən birinci naqil mis məftildir, hansı ki, elektrik siqnallarını keçirir. Məftil bütöv misdən və ya bir neçə mis teldən(damardan) ibarət ola bilər. Koaksial kabelin mis nüvəsi kabe-lin nüvəsini ikinci naqildən qorumaq üçün nəzərdə tutulan dielektrik köpüklü izolyator qatı ilə əhatə olunmuşdur.
Koaksial kabel verilənlərin ötürülməsi üçün, xüsusilə də korpo-rativ mühitdə qeyri-effektivdir, çünki onun buraxma qabiliyyəti 10 Mbit/san ilə məhdudlaşır. Bu tip kabel bu gün bir çox məqsədlər üçün, o cümlədən kabel televiziyası şəbəkələri üçün istifadə olunsa da, kompüter şəbəkələrində o, nadir hallarda tətbiq edilir və yeni Ethernet şəbəkələrin əksəriyyəti üçün uyğun gəlmir.
EKRANLAŞDIRILMAMIŞ
Lokal kompüter şəbəkələri üçün hər şeydən əvvəl 3 kateqoriyalı və (həmçinin Cat5 adlanan) 5 kateqoriyalı ekranlaşmamış burulmuş cüt əsaslı elektrik kabellərindən istifadə olunur. Şəbəkələr üçün işlədilən ən müasir kabel sistemlərində 5 kateqoriyasından aşağı olmayan kabellər istifadə edilirlər. 3 kateqoriyalı UTP kabel bir qayda olaraq, Fast Ethernet tipli şəbəkələr üçün tətbiq olunmur, amma 10 Mbit/san (10BaseT spesifikasiyası) sürəti ilə işləyən Ethernet şəbəkələri üçün uyğun gəlir.
EKRANLAŞMIŞ
Ekranlaşmış burulmuş cüt əsaslı kabel (STP-kabel) indiyə qədər əsasən Token Ring tipli lokal şəbəkələrdə, həmçinin yaxınlıqda yer-ləşən elektrik avadanlığı tərəfindən yaranan elektromaqnit əngəllə-rindən qorunmaq üçün əlavə ekranlamanı tələb edən kabel sistem-lərində istifadə olunur. Öz konstruksiyasına görə STP-kabel UTP-kabeldən fərqlənir. Əlavə metal ekran da burulmuş cütlərdəki mis məftil kimi naqil rolunu oynayır. Əgər o, yerlə yaxşı birləşdirilmişdirsə, ətrafdakı elektromaqnit küyü cərəyana çevrilir, hansı ki, öz növbəsində ekranın daxilində yerləşən məftillərə təsir edir. Ekran cərəyanının sahəsi burulmuş cütlərdə moduluna görə bərabər, lakin əks istiqamətdə axan cərəyan yaradır. Nəticədə hər iki cərəyan bir-birini kompensasiya edir, bununla da naqillərlə ötürülən siqnallara ətraf küyün təhrifedici təsiri aradan qaldırılır.
Dostları ilə paylaş: |