Mesh (Tor, Hörük) topologiyası Tor (hörük) şəbəkələrində hər bir nöqtə (qurğu) verilənlərin ötürülməsində rol oynayır. Bu cür topologiyada verilənlərin ötürülməsində bütün qurğular rol oynayır. Bu topologiyada verilənlər iki üsulla ötürülürlər:
Yönləndirmə (Routing)
Daşma (Flooding)
Yönləndirmə üsulunda verilənlər təyinat qurğusuna çatana kimi bir kompüterdən digərinə ötürülür. Daşma üsulunda isə verilən bütün qurğulara ötürülür və nəticədə ötürülən fayl şəbəkəyə qoşulu olan bütün qurğularda mövcud olur.
Point-to-Point (P2P)(Nöqtə-nöqtəyə) topologiyası haqqında məlumat
Şəbəkə topologiyası şəbəkənin necə işləməsində böyük rol oynayır. Məhz, topologiya şəbəkənin funksionallığına birbaşa təsir göstərir. Düzgün seçilmiş və saxlanılan şəbəkə topologiyası enerji səmərəliliyini və məlumat ötürmə sürətlərini artırdığı üçün düzgün topologiyanın seçilməsi performansı artırmağa kömək edə bilər .
Point-to-Point (P2P)(Nöqtə-nöqtəyə) topologiyası Bu topoloji struktur ən sadəsi sayılır. Qısa şəkildə izah etsək,iki cihaz arasında əlaqəni əks etdirən strukturdur. Özü iki yerə ayrılır:
Daimi (Permanent)
Açarlı (Switched)
Daimi strukturaya misal olaraq bina daxilində yalnız bir-biri ilə əlaqə qurmaq üçün nəzərdə tutulmuş və daimi fəal olan iki kommunikasiya qurğusunu misal göstərmək olar.
Açarlı strukturaya isə misal olaraq gündəlik istifadə etdiyimiz telefon şəbəkələrini misal göstərə bilərik
OSI (Open Systems Interconnection) Model nədir? OSI (Open Systems Interconnection) Model
OSI model dedikdə telekommunikasiya və kompüter sistemlərinin (onların daxili strukturundan asılı olmayaraq) kommunikasiya funksiyalarını xarakterizə edən konseptual model nəzərdə tutulur. Bu modelin əsas məqsədi müxtəlif qurğuların bir-biri ilə əlaqə yaratmaq qabiliyyətini və bu əlaqənin yaradılması, verilənlərin mübadiləsinin mərhələlərini təsvir etmək üçün istifadə olunur. Modelin orijinal strukturu 7 qatdan ibarətdir. Sözü gedən bu qatlar, üstdəki qata xidmət edirlər.
Fiziki səviyyə (Physical Layer) haqqında məlumat
OSI model dedikdə telekommunikasiya və kompüter sistemlərinin (onların daxili strukturundan asılı olmayaraq) kommunikasiya funksiyalarını xarakterizə edən konseptual model nəzərdə tutulur. Bu modelin əsas məqsədi müxtəlif qurğuların bir-biri ilə əlaqə yaratmaq qabiliyyətini və bu əlaqənin yaradılması, verilənlərin mübadiləsinin mərhələlərini təsvir etmək üçün istifadə olunur. Modelin orijinal strukturu 7 qatdan ibarətdir. Sözü gedən bu qatlar, üstdəki qata xidmət edirlər.
THE PHYSİCAL LAYER
THE DATALİNK LAYER
THE NETWORK LAYER
THE TRANSPORT LAYER
THE SESSION LAYER
THE PRESENTATION LAYER
THE APPLICATION LAYER
Fiziki əlaqə kanalında informasiyanın (bitlərin) ötürülməsi ilə xarakterizə olunur. Fiziki əlaqə kanalı kimi, koaksial kabel, burul-muş qoşa kabel, optik lifli kabel və s. nəzərdə tutulur. Bu səviy-yədə elektrik siqnallarının, məsələn gərginlik və ya cərəyanın ötürülmə siqnallarının səviyyəsi, kodlaşdırma tipi, siqnalların ötürülmə sürəti və s. müəyyənləşdirilir.
Data link (Kanal səviyyəsi) haqqında məlumat