5
çöküntülərinin təmizlənməsi və neft hasilatının intensivləşdirilməsinin
təmin olunması.
5. Təsirlə əhatə sahəsini genişləndirməklə neftvermə əmsalının
artırılması üçün termo-kimyəvi üsul.
6. Azərbaycanın neft yataqlarında işlənmənin
son dövründə tətbiq
olunan mikrobioloji təsir üsullarının nəticələrinin təhlilinə əsaslanaraq,
onların tətbiq obyektlərinin düzgün seçilməsi üçün təkliflərin verilməsi.
7. Layların neftverimini artırmaq üçün yeni mikrobioloji təsir üsulu
işlənmişdir.
İşin nəticələrinin praktiki əhəmiyyəti və istehsalatda tətbiqi.
Neft hasilatının intensivləşdirilmısi
məqsədi ilə laydan hasilat
quyusuna su axınının təcridi məqsədi ilə N.Nərimanov adına NQÇİ-nin 1
saylı NQÇS-nin 677 və 432 saylı quyularında suyun tədrici üçün təklif
olunmuş
üsulun tətbiqi nəticəsində, quyuların cəm su hasilatı 20.
t/sutkadan 1,0 t/sutkaya enmiş, neft hasilatı isə 4,0 t/sutkadan 30,0
t/sutkaya yüksəlmişdir. Nəticədə bir ay müddətində 780 ton əlavə neft
alınmış və 570 ton suyun çıxarılması məhdudlaşdırılmışdır. Həmçinin 1
saylı NQÇS-nin 694 və 696 saylı quyularda qaldırıcı lift borularında olan
AQPÇ-nin təmizlənməsi üçün aparılmış tətbiq işindən sonra quyunun neft
hasilatı artaraq, uyğun olaraq 8,0 t/surkadan, 15,0 t/surkaya
yüksəlmiş və
18,0 ton/sutkadan 26,0 ton/sutkaya yüksəlmişdir. Quyuların neft hasilatı bu
göstəricilərlə tətbiqdən sonra bu günədək davam edir. Ümumiyyətlə neft
hasilatının
intensivləşdirilməsi
məqsədi
ilə
aparılmış
4
quyu
əməliyyatından xeyli suyun çıxarılması məhdudlaşdırılmış
həm də xeyli
miqdarda əlavə neft alınmışdır (tətbiq aktı dissertasiyanın əlavəsində
verilmişdir)
Dostları ilə paylaş: