19
quyuya su axının təcridi aparılmış və yüksək səmərə alınmışdır (akt əlavədə
verilmişdir). Həmçinin həmin yatağın 1 saylı NQÇS-nin 694 və 696 saylı
qazlift quyularında asfalt, qətran, parafin çöküntülərinin təmizlənməsi üçün
dissertasiya işində təklif olunan üsulla qaz xəttinə
əvvəlcə bir neçə gün
xrom anhidridinin 10%-li sulu məhlulu vurulmuş, ardınca
isə metil spirti
(metanol) vurulmuşdur. Nəticədə 10-15 gün müddətində həmin quyunun
qaldırıcı lift borusunda çökən AQPÇ təmizlənmiş və quyunun neft hasilatı
artmışdır (bu barədə akt əlavədə təqdim olunmuşdur).
ƏSAS NƏTİCƏ VƏ TÖVSİYƏLƏR
1. Asfalt, qatran və parafin birləşmələri (AQPB)
və duz çöküntüləri
ilə mübarizə aparmaq üçün yeni kompozisiya işlənmiş və qeyri-nyuton
xassəli neftlərdə sınaqdan keçirilmişdir.
2. Qaldırıcı lift borularından asfalt-qatran
və paraffin çöküntülərinin
təmizlənməsi və qarşısının alınması üçün texnologiya işlənmişdir.
3. Hasilat quyularının sulaşmasının qarşısının alınması üçün yeni
tərkib və onun tətbiq texnologiyası işlənmişdir.
4. Təklif olunan texnologiya hasilat quyularında su axınlarının
selektiv təcridi üçün təklif olunmuşdur.
5. Çatlı laylardan işləyən hasilat quyularına su axınının qarşısının
alınması üçün yeni tərkib işlənmişdir.
6. Təsirlə əhatə sahəsini genişləndirmək
yolu ilə termo-kimyəvi
üsulla layların neftvermə əmsalının artırılması texnologiyası işlənmişdir.
7. Neftvermə əmsalının yüksəldilməsi üçün laya bioloji fəal
sistemlərlə yeni təsir üsulu işlənmişdir.
8. Yatağa biokimyəvi təsirin təhlilinin xüsusiyyətləri öyrənilmişdir.
9. Layların neftverimini artırmaq üsullarının texnoloji səmərəliliyinin
qiymətləndirilməsi üsulları təklif edilmişdir.
Dostları ilə paylaş: