Mühazirə 6 İstehsalat sanitariyası. İşçi sahədə mikroiqlim şəraiti Plan



Yüklə 1,44 Mb.
tarix01.01.2017
ölçüsü1,44 Mb.
#4343
növüMühazirə
Mühazirə 6
İstehsalat sanitariyası. İşçi sahədə mikroiqlim şəraiti
Plan
1. Əmək gigiyenası və istehsalat sanitariyası haqqında anlayış

2. İstehsalat otaqlarının və iş yerlərinin mikroiqlimi

3. Meteoroloji şərait və onun normallaşdırılması

4. İstehsalat tozu və onun zərərli təsirindən mühafizə üsulları

5. İşçilərin kollektiv və fərdi mühafizə vasitələri

Əmək gigiyenası və istehsalat sanitariyası haqqında anlayış

Əmək gigiyenası əmək prosesinin və istehsalat mühitinin insanın işgüzarlığına və sağlamlığına təsirini öyrənən elmdir.

Əmək qiqiyenasının əsas məqsədi zəhmətkeşlərin sağlamlığının təmin olunmasına və onlar üçün ən əlverişli əmək şəraiti yaradılmasına yönəldilmiş sanitariya-gigiyena və müalicə-profilaktika tədbirlərini hazırlamaqdan ibarətdir.

Əməyin gigiyenası əməyin təşkilini, istirahəti onun forma və üsullarını, əmək fəaliyyəti prosesində orqanizmin vəziyyətini, işçinin hərəkətlərinin xarakterini və xüsusiyyətini, iş vaxtı insan bədəninin vəziyyətini, əmək alətləri və vasitələrinin, işlədilən xammalın, prosesin texnologiyasının, istehsalat mühitinin fiziki, kimyəvi və bioloji amillərinin, əmək proseslərinin və mühitin müxtəlif şəraitinin işçiyə fizioloji təsirini öyrənir.

Əmək gigiyenası sahəsində aparılan tədqiqatlar nətiçəsində istehsalat prosesləri və avadanlığının layihələrinə verilən gigiyenik tələblər, gigiyenik norma və qaydalar, şəxsi gigiyena tədbirləri, əmək və istirahətin səmərəli təşkili üzrə təkliflər hazirlanib həyata keçirilir.



İstehsalat sanitariyası işçilərə zərərli istehsalat amillərinin təsirinin qarşısını alan təşkilatı, gigiyenik və sanitariya-texniki tədbirlər sistemidir. Istehsalat sanitariyası aşağıdakı məsələləri həll edir.

  1. İstehsalat mühitinin müxtəlif amillərinin optimal nisbətlərinin təyin edilməsi.

  2. Hər bir zərərli istehsalat amili ücün buraxıla bilən normaların təyin edilməsi, onların qanuniləşdirilməsi və düzgün tətbiqinə müntəzam nəzarət olunması.

  3. Həm işçinin özü, həm də ətrafdakılar üçün işin təhlükəsiz aparılmasının təmin edilməsi.

  4. Elm və texnikanın müasir nailiyyətləri əsasında əməyin sağlamlaşdırılması üçün konkret tədbirlərin tərtib edilməsi.

  5. İşləyənləri istehsalatın əlverişsiz amillərindən qorumaq üçün texniki vasitələrin tətbiqi və onların təsirini azaltmaq üçün təşkilati-profiliktik tədbirlərin görülməsi.

  6. Əmək şəraitinin sağlamlaşdırılması üçün planlaşdırılan və görülən tədbirlərin səmərəliliyinin təyini üsullarının işlənib hazırlanması.

İstehsalat otaqlarının və iş yerlərinin mikroiqlimi

İstehsalat otaqlarının və iş yerlərinin mikroiqlimi işsinin sağlamlığına, təhlükəsizliyinə və onun əmək məhsuldarlığına mühüm təsir göstərir.

İstehsalat havasının meteoroloji şəraiti temperatur, nisbi nəmlik, havanın hərəkət sürəti və təzyiqi, həmçinin qızdırılmış avadanlıq, emal edilmiş material və məmulatların istilik şüalanması ilə xarakterizə edilir. Bu parametrlər geniş hüdudlarda dəyişə bilər. Lakin onların elə uyğunluqları da vardır ki, bu zaman optimal mikroiqlim şəraiti yaranır. Bu həmin parametrlərin elə uyğunluğudur ki, bu zaman orqanizmin normal funksional və istilik vəziyyəti asanlıqla, termotənzimləmə qabiliyyəti gərginləşmədən təmin olunur, istilik rahatlığı hissiyatı və yüksək işgüzarlıq vəziyyəti üçün zəmin yaranır.

Termotənzimləmə insan orqanizminin xarici mühitlə istilik mübadiləsini tənzimləmə qabiliyyətidir. Bununla da orqanizm mühitin şəraitindən və işin ağırlığından asılı olmayaraq bədənin temperaturunu sabit (+36,6 0 C) səviyyədə saxlayır.İnsan orqanizmində həyat fəaliyyəti nəticəsində əmələ gələn istilik ətraf mühitə üç yolla – konveksiya, şüalanma, buxarlanma ilə ötürülür. Məsələn, ətraf mühitin temperaturu 200 C olduqda orqanizmin istilik verimi konveksiya ilə 31%, şüalanma ilə 43,7% və buxarlanma ilə 21,7% təşkil edir. Qalan istilik isə qəbul edilən qidanın, havanın qızdırılmasına və s. sərf olunur. Havanın temperaturu artdıqda tərin buxarlanması ilə istilik ötürülməsi də artır. 33…350 C-dən başlayaraq istilik verimi yalnız bu yolla gedir. Güclü tərləmə zamanı orqanizmidən su ilə birlikdə, C və B vitaminləri kənar olunur ki, bu da qanun laxtalanmasına, qanda şəkər və kalsiumun miqdarının artmasına, mədə şirəsinin turşuluğunun azalmasına və s. pozğunluqlara səbəb olur.Ətraf mühitin temperaturunun artması orqanizmdən istilik ayrılmasını çətinləşdirir, nəticədə bədənin temperaturu artır, ürək döyüntüsü başlayır, tərləmə güclənir, diqqət zəifləyir, hərəkətlərin əlaqəliyi pozulur, görmə və eşitmə qabiliyyəti zəifləyir.

Ətraf mühitin temperaturunun aşağı düşməsi də orqanizm üçün zərərlidir, çünki bu zaman bədən həddən artıq soyuyur, qan dövranı pozulur, qanın immunobioloji xassələri zəifləyir, nəfəs yolları xəstələnir, yel zökəm və digər soyuqdəymə xəstəlikləri yaranır. Deməli, havanın yüksək və alçaq temperaturları insan orqanizminin termotənzimləmə aparatının xeyli gərginləşməsinə səbəb olur. Bu isə əmək məhsuldarlığını azaltmaqla bərabər xəstələnmə və zədələnmə imkanlarını artırır.

Orqanizmin istiliyi tənzimləmə qabiliyyətinə havanın nəmliyi, hərəkət sürəti də böyük təsir göstərir. Belə ki, yüksək nisbi nəmlikdə (85%), yüksək temperaturlarda istilik verimi çətinləşir, alçaq temperaturlarda isə güclənir və bədən həddən artıq soyuyur. Aşağı nisbi nəmlik (<20%) isə nəfəs yollarının selikli qişasını qurudur. İnsan sakit vəziyyətdə havanın 0,1m /san hərəkət sürətini durğunluq kimi 0,25 m/san-dən böyük sürətini isə yelçəkmə kimi hiss edir.

Atmosfer təzyiqi də insan orqanizminə təsir göstərir. Normal atmosfer təzyiqindən insan orqanizmin toxumalarında və daxili boşluqlarında təzyiq xarici təzyiqə bərabər olur. Təzyiqin dəyişməsi orqanizmə zərərli təsir edərək zəiflik, baş gicəllənməsi, ürək bulanması, burun və ağızdan qan axmasına səbəb olur.

İş zonasında mikroiqlimin parametrlərini nizamlayan sanitariya-gigiyena normaları vardır. Bu normalarla mikroiqlim parametrlərinin optimal və buraxılabilən qiymətləri təyin edilmişdir.

Optimal şəraitlər mikroiqlim parametrlərinin elə bir uyğunluğudur ki, onun insana uzun müddətli təsirində belə termotənzimləmə aparatı gərgin işləmədən orqanizm öz normal funksional və istilik vəziyyətlərini saxlaya bilir.

İş zonasında mikroiqlim parametrlərinin buraxıla bilən hədləri onların qiymətlərinin elə uyğunluğudur ki, onun insana müntəzəm və uzunmüddətli təsiri funksional və istilik vəziyyətlərində sonradan keçib gedən dəyişikliklər yarada bilər. Bu dəyişikliklər insanın fizioloji uyğunlaşma imkanlarından kənara çıxmır və normal şəraitdə tezliklə qaydaya düşür. Mikroiqlimin buraxılabilən hədləri sağlamlığı pozmur, lakin insasna qeyri-rahat istilik hissiyatı yaradır, əhvalını pisləşdirir və işgüzarlığını azaldır.

Örtülü istehsalat otaqlarında və iş yerlərində insan orqanizmini həddən artıq qızmadan mühafizə etmək üçün səmərəli ventilyasiyanın təşkili, texnoloji avadanlığın qızmar səthlərinin istilik izolyasiyası, su pərdəsi ilə soyudulması, mühafizə ekranlarının qurulması, istehsal proseslərinin mexanikləşdirilməsi və s. tədbirlər tətbiq edilir.

Istehsalat otaqlarında və maşınların kabinələrində optimal şəraitlərin yaradılmasında ən yüksək nəticə havanın kondensiyasının təşkili ilə əldə edilə bilər.

Işləyənlərin istilikdən mühafizəsi zamanı fərdi mühafizə vasitələrinin düzgün seçilməsi və tətbiqinin böyük əhəmiyyəti vardır.

Istehsalatda görülən bütün işlər üç kateqoriyaya bölünür:

1. Yüngül işlər- 600 kC/saat əzələ enerjisi və heç bir fiziki gərginlik tələb etməyən oturaq işlər. (kC-kilocoul)

2. Orta ağırlıqda işlər-600 kC/saatdan yuxarı əzələ enerjisi və 10 kq-a qədər yükqaldırma tələb edən ayaqüstü işlər.

3. Ağır işlər- 1000 kC/saat-dan artıq əzələ enerjisi və 10 kq-dan artıq yükqaldırma tələb edən ayaqüstü fiziki gərgin işlər.

Yüngül işlərdə otağın temperaturu 18-210S, orta ağırlıqlı işlərdə 16-180S, ağır işlərdə isə 14-160S olmalıdır. Meteoroloji şərait normaları havanın temperaturunu, nəmliyini və hərəkət sürətini məhdudlaşdıran miqdar göstəriciləridir.

İlin soyuq və isti vaxtlarında istehsalat binasının xarakteristikasından və işin kateqoriyasından asılı olaraq iş yerlərində havanın temperaturu , nisbi nəmliyi və hərəkət sürəti normallaşdırılır. Mikroiqlimi normallaşdırmaq üçün görülən başlıca tədbirlər havanın isidilmə, ventilyasiya və kondensasiya sistemlərinin tətbiqindən ibarətdir.


Meteoroloji şərait və onun normallaşdırılması.

Meteoroloji şərait normaları havanın temperaturunu, nəmliyini və hərəkət sürətini məhdudlaşdıran miqdar göstəriciləridir.

Optimal meteoroloji şəraitin normalaşdırılması işin xarakterindən asılı olaraq (CH-245-71-ə əsasən) tərtib edilir.

Havanın nəmliyi. Hava qızdıqda və su buxarları ilə doymuş olduqda insanın ağ ciyərlərində və dərisinin səthində olan nəmliyin buxarlanması çətinləşir, bəzən isə bu heç mümkün olmur. Bu da binanın havasındakı və bədənin səthindəki su buxarlarının elastikləri fərqinin azalması ilə izah edilir. Otaq havasında mütləq nəmlik çox (85% və daha artıq) və temperatur insan dərisinin temperaturuna bərabər olursa, (32-330C) tərin buxarlanması mümkün olmur, tərləmə davam edir, nəticədə insanda tez yoruma və zəifləmə müşahidə olunur.

Alçaq temperaturlu və yüksək nisbi nəmlikli havada bədən səthindən istiliyin verilməsi güclənir.

Havanın nəmliyi mütləq və nisbi qiymətlərlə ölçülür. Havada olan su buxarlarının qramlarla miqdarına mütləq nəmlik deyilir. Nisbi nəmlik ölçü vaxtındakı temperaturda havann mütləq nəmliyinin maksimal nəmliyinə olan nisbətinə bərabərdir:

burada, - müəyyən temperaturda havada su buxarlarının həqiqi miqdarı q/kq;



- həmin temperaturda havada doymuş su buxarlarının maksimal miqdarıdır, q/kq.

Havadakı su buxarlarının maksimal miqdarı və onun temperaturdan asılılığı statistik cədvəldə verilir.

Nəmliyi ölçmək üçün hiqrometr, hiqroqraf və psixrometr işlədilir. Avqust və aspirasiyalı Assman psixrometrlərindən daha geniş istifadə olunur (şəkil 1).

Hər iki psixrometr iki eyni termometrdən ibarətdir. Bunlardan birinin tutumu (ucu) tənzif və ya batistlə sarınır. Avqust psixrometrinin batistli ucu içində distillə edilmiş su olan kolbaya salınır. Batist hiqrosqopik xassəli olduğundan suyu özünə çəkir və civəli yaxud spirtli tutumu isladır.

Parçadan nəmliyin buxarlanması

istiliyin udulması prosesi ilə eyni

zamanda getdiyi üçün bu termometrin

göstərişi quru termometrin göstərişindən

az olur. Temperatur fərqinə görə mütləq

nəmlik aşağıdakı düsturla hesablanır:



burada E – yaş termometrin göstərdiyi

t
a b
emperaturda su buxarlarının maksimal

miqdarı, q/kq;



- uyğun olaraq quru və yaş Şəkil 1. Avqust (a) və aspirasiyalı

termometrlərin göstərişi, 0C; Assman (b) psixrometrləri.



- barametriq təzyiqin düzəlişli qiyməti, mm c süt

a – psixrometr əmsalıdır (cədvəldən götürülür).

Aspirasiyalı Assman psixrometrinin civəli rezervuarı sarınmış batist parça pipetka vasitəsilə isladılır. Ölçünü aparmazdan əvvəl aspirasiya mexanizmi işə salınır və cihaz xüsusi dirsəkdən asılır. Ventilyator havanı civəli rezervuarlar yerləşdirilmiş metal borulardan bərabər miqdarda qovub çıxarır. 4-5 dəq keçdikdən sonra termometrlərin göstərişləri qeyd olunur və yenə temperaturlar fərqinə görə mütləq nəmlik hesablanır. Mütləq nəmliyin qiymətini tapdıqdan sonra nisbi nəmlik hesablanır. Nisbi nəmliyin qiymətini yoxlamaq üçün quru və yaş termometrlərin göstərişlərinə əsasən xüsusi cədvəl və nomoqramlardan istifadə edilir və qiymətlər tutuşdurulur.

Nisbi nəmliyi birbaşa təyin etmək üçün hiqrometr və hiqroqraflardan istifadə edilir. Bu cihazların iş prinsipi yağsızlaşdırılmış insan saçının nəm havada uzanma və quru havada qısalma xüsusiyyətinə əsaslanır. Başqa prinsipli hiqrometrlər də mövcuddur. Bəzi hallarda elektron psixrometrlərdən istifadə edilir.

Havanın hərəkət sürəti. Havanın hərəkəti öz sürətindən asılı olaraq insan orqanizminə müxtəlif dərəcədə təsir göstərir. Havanın hərəkəti zamanı bədən səthindən istiliyin aparılması bəzən eyni temperaturlarda kəskin sürətdə fərqlənir. İnsan bədənini əhatə edən havanın temperaturu az və hərəkət sürəti çox olarsa, bədən səthindən istiliyin hava ilə aparılması daha çox olur. Bu da insan bədəninin soyumasına və nəticədə soyuqdəymə xəstəliyinə səbəb olur.

Havanın sürəti müxtəlif cihazlarla ölçülür:



  1. 290C temperaturda və kiçik sürətlərdə katatermometrlərdən (şəkil 2);

  2. 0,3 m/san – dən yuxarı sürətdə ACO-3 tipli anemometrlərdən;

  3. Böyük sürətlərdə isə fincanlı anemometrlərdən (şəkil3) istifadə edilir.

Katatermometrlər genişləndirilmiş yuxarı hissədən və kürədən, yaxud silindirşəkilli tutum və kapillyardan ibarətdir. Havanın sürətinin katatermometrlərlə ölçülməsi prinsipi spirt tutumu ilə onu əhatə edən havanın doyması arasındakı asılılığa əsaslanır. Bu cihazla havanın sürətini ölçmək üçün katatermometrin spirtli tutumu temperaturu 60-700C olan suya salınır və suda o vaxta qədər saxlanılır ki, rəng qatılmış spirt cihazın yuxarı tutumunun yarısına qədər qalxmış olsun.

Katatermometri qurulayıb asdıqdan sonra spirtin düşmə xəttini 38-350C intervalında qeyd etmək lazımdır. Bu intervalda temperatur istiliyin verilməsi hesabına azalır.

Cihazın soyuma sürəti otaq havasının sürətindən və temperaturundan asılıdır ki, bunu təyin etmək üçün havanın soyutma qüvvəsini hesablamaq lazımdır:

,

burada - aşağı tutumu 10C- yə qədər soyutduqda istilikvermə miqdarının göstəricisi olan cihazın əmsalı, C/sm2. 0C



- katatermometrin göstərişinin başlanğıc və son temperaturu, 0C.

- soyutma vaxtı, san.

a b

Şəkil 3. Finçanlı anemometr

Şəkil 2. Katatermometr

a- silindirli; b- kürəli
Hava axını 0,3m/san sürətindən yuxarı olduqda isə qanadlı anemometrlərdən istifadə edilir. Bu əl çihazı pərləri alüminium və ya slyudadan hazırlanmış yüngül çarxdan, oxdan, yivdən və bir sıra dişli çarxlar vasitəsilə hərəkəti əqrəblərə ötürən sistemdən ibarətdir. Çihazın əqrəbləri hava axınının kecdiyi yolu (təklik, onluq, yüzlük, minlik, onminlik və yüzminlik) metrlərlə göstərir.

Hava axınının böyük sürətlərində fincanlı anemometrlər işlədilir. Cihaz xac şəklində bərkidilmiş və şaquli ox üzərində hərəkət edən dörd yarımkürədən ibarətdir. Hava axını həmin yarımkürələrin çökək tərəflərində daha çox təzyiq yaradaraq xacı fırlanmağa məcbur edir. Fırlanma hərəkəti dişli çarxlar vasitəsilə anemometrin əqrəblərinə ötürülür.

Fincanlı anemometr elə qurulmalıdır ki, cihazın oxu hava axını istiqamətinə perpendikulyar olsun, hava axını fincana və ya qanadlara dəysin və cihaz ölçü aparılan bütün hallarda hava axınına qarşı eyni vəziyyətdə qalsın.

Anemometrlə havanın hərəkət sürəti bölgü/san ilə ölçülür. Təcrübə müddəti 2- 4 dəq olmalıdır.Ölçü aparıldıqda cihazın sonuncu göstərişindən birincisini çıxıb fərqləri toplamaq və alınan rəqəmləri təcrübə müddətinə (san) bölmək lazımdır:



.

Alınan qiymətə görə cihazın cədvəlindən sürətin həqiqi qiyməti (m/san) tapılır.



Havanın temperaturu.İstehsalat binalarında havanın temperaturu istehsalat mənbələrindən, işləyən adamlardan ayrılan istilikdən, bina konstruksiyalarının istilikkeçirmə qabiliyyətindən və binanın daxilindəki ventilyasiyadan asılıdır.

Ətraf mühitin temperaturu 300C- yə qədər olduqda insan bədəninin dəthindən istiliyin ayrılması konveksiya və şüalanma vasitəsilə çox intensiv gedir. Temperaturun yüksəlməsi şəraitində istiliyin çox hissəsi tərin buxarlanmasına sərf olunur.

İş yerinin temperaturu izafı istilik miqdarından asılıdır:



burada-istehsal qurğularından (maşınlar,mühərriklər və s.) ayrılan istiliyin miqdarı;



- işçilərin bədənindən ayrılan istiliyin miqdarı;

- günəş çüasının yaratdığı istilik miqdarıdır.

İzafı istiliyin itən istiliyə bərabər olduğu halda normal temperatur şəraiti yaranır:



Döşəmə, tavan və divarlardan, ventilyasiya yollarından ətrafa yayılan istiliyə itən istiliyin miqdarı deyilir.

Əgər olarsa, havanın temperaturu get-gedə artacaq, əks hada isə azalacaqdır. Birinci halda tez yorulma, tərləmə, baş ağrıcı və s., ikinci halda isə soyuqdəymə xəstəlikləri, sağlamlığın zəifləməsi kimi hallar törəyir.

Təcrübələr göstərir ki, olarsa, iş yerinin meteroloji şəraiti nəzərə çarpacaq dərəcədə pisləşir.

Havanın temperaturu civəli termometrlər, termoqraflar və müxtəlif prinsiplərdə işləyən avtomatik qeydedici termometrlər və s. vasitəsinə təyin olunur.

Meteoroloji şəraitin normalaşdırılması. İstehsalat mühitində ən əlverişli mikroiqlim şəraiti yaratmaq üçün CH-245- 71 sanitariya normalarına əsasən istehsalat binasının işçi zonası döşəmədən və ya meydancadan 2 m hündürlükdə olmalıdır. İlin soyuq və isti vaxtlarında, istehsalat binasının xarakteristikasından və işin kateqoriyasından asılı olaraq iş yerlərində havanın temperaturu, nisbi nəmliyi və hərəkət sürəti normalaşdırılır. Bu məqsədlə texnoloji proseslər təkmilləşdirilir, ağır zəhmət tələb edən proseslər mexanikləşdirilir, idarəetmə avtomatlaşdırılır, ventilyasiya, ekranlaşdırılmalar və s. tətbiq edilir.

İstehsalat tozu və onun zərərli təsirindən mühafizə üsulları

İstehsalatda bir sox proseslər və işlər toz ayrılması ilə müşayiət olunur ki, bu da insan orqanizminə, xüsusən tənəffüs orqanlarına zərərli təsir göstərir. İstehsalat tozları bəzən iş zonasında istehsal mühitini də pisləşdirir və maşınların sürtünən hissələrinin dağılmasına səbəb olur. Bundan əlavə istehsalat tozları yanğın-partlayış təhlükəli ola bilər.

İstehsalat tozları mənşəyinə görə üzvi, qeyri üzvi və qarışıq olur.

Üzvi tozlara bitgi və heyvan mənşəli tozlar, məsələn ağac tozu, pambıq parça, un, tiftik və s. tozlar aiddir.

Qeyri-üzvi tozlara mineral tozlar, məsələn kvars, sement, saxsı, metal tozları və s. aiddir.

Qarşıq tozlar isə üzvi və qeyri-üzvi tozlardan ibarət olur.

Toz nəfəs yoluna, ciyərlərə, gözlərə və dəriyə zərərli təsir göstərir. Tozlu havada nəfəs aldıqda tozun təxminən yarısı burun nahiyəsinin selikli qişasında tutulub qalır ki, bu da onu qıcıqlandırır və iltihab prosesinə səbəb olur. Tozların uzun müddətli təsirindən burun nahiyəsinin süzgəcli xassəsi zəifləyir, nəticədə nəfəs yollarının digər hissələrində də xroniki iltihab prosesləri inkişaf edir.

Mineral tozlar (əhəng, sement) əsasən dəriyə qıcıqlandırıcı təsir göstərir. Onlar dəriyə düşdükdə tər vəzilərini bağlayır, dərinin mikroblara qarşı müqavimətini azaldır və müxtəlif iltihab proseslərinin yaranmasına səbəb olur.

Gözün buynuz təbəqəsinin tozla tez-tez zədələnməsi onun tutqunlaşmasına və ləkə düşməsinə gətirib çıxarır.Toz hissəciklərinin ölçüləri kiçik olduqca orqanizmə nüfuz etmə dərinliyi və təhlükəliliyi də artır. Hissəciklərin ölçülərinə görə tozlar üç qrupa bölünür: görünən tozlar (10 mK), mikroskopik tozlar (10…0,25mK) və ultramikroskopik tozlar (0,25 mK)

Görünən tozlar əsasən burun nahiyəsində tutulur, mikroskopik və ultramikroskopik tozlar isə ciyərlərə nüfuz edir. Hissəciklərin ödçüləri kiçik olduqca tozun fiziki- kimyəvi aktivliyi artır, tozun ümumi səthi böyük olduqca isə həll oluma qabiliyyəti yüksəlir.

Ölçüləri 10 mK-dan böyük olan tozlar tez çökür, buna görə də istehsalat otaqlarının havasında ölçüləri 5 mK-a qədər olan tozlar çoxluq (80% qədər) təşkil edir. Səthi kələ-kötür, iti uclu tozların təsiri daha təhlükəlidir, çünki bunlar selikli qişada çiyər və dəri toxumalarında yara tökülməsinə səbəb olur.

Zərərsiz tozlar mikrobların keçiricisi rolunu oynaya bilər. Tozlar ətraf mühitdən zərərli qaz və buxarları adsorbsiya etdikdə təhlükə daha da artır. Tozların əksəriyyəti elektrik yükləri ilə yüklənmiş olur. Belə hissəciklər neytral hissəciklərə nisbətən ciyərlərdə daha çox tutulub qala bildiyi üçün daha zərərlidir.

İstehsalatın sanitariya-gigiyena şəraiti pozulduqda tozların müntəzəm təsirindən işçilərdə pnevmokoniz (pnevma-nəfəs, konios-toz deməkdir, yunan sözüdür) xəstəlikləri əmələ gəlir. Bu xəstəliklərin ən ağır forması silisium tozlarından (silikoz) və asbest tozlarından (asbes toz) yaranır.

Silisium tozlarının güclü təsiri onunla izah edilir ki, onların tərkibində ki, sərbəst silisium oksidi toxuma mayeləri ilə reaksiyaya girərək silisium turşusu (H2 SiO3) əmələ gətirir. Bu isə orqanizmdə bərpa olunmayan dəyişikliklərə səbəb olur. Sement tozu ilə uzun müddət nəfəs aldıqda ciyərlərin xəstələnməsi-pnevmakonioz, sement tozu gözlərə təsir etdikdə isə konyuktivit (gözün selikli qişasının iltihabı) əmələ gəlir.

Əhəng, kalsium-karbid tozları nəmliklə reaksiya nəticəsində yanıq və yara əmələ gətirir.

Asbes tozu ciyərlərin fibrozunu törədir, gil, kaolin tozları da böyük qatılıqlarda uzun müddət təsir etdikdə pnevmakanioz yaradır. Şüşə lifi yuxarı nəfəs orqanlarını qıcıqlandıraraq astma xəstəliyinə səbəb olur, dəriyə təsir etdikdə isə qaşınma və səpki yaradır.

Tozun insan üçün digər təhlükəsi havada küllü miqdarda olmasıdır. Lakin onun təhlükəsi insanın nəfəs alma intensivliyindən və görülən işin növündən asılıdır. Məsələn, insan sakit vəziyyətdə dəqiqədə 10…12 l hava qəbul edirsə, fiziki əməkdə bu 50-70 l/dəq-ə qədər artır. Deməli, tozlu mühitdə ağır fiziki iş görən işcilər daha tez xəstələnir.

Sanitariya normalarına (SN-245-81) və DÜİST(12.1.007-76)-ə əsasən iş zonasının havasında tozun buraxıla bilən qatılığı müəyyənləşdirilmişdir.

Mütəxəssislər istehsalatda havanın tozluğuna, onun dispersliyinə və tərkibinə müntəzəm nəzərət etməlidirlər.

İstehsalat mühitinin tozluluğunu qiymətləndirmək üçün havanın vahid həcmində olan tozun cəki miqdarını, onun tərkibini, zəhərliliyini, həll olunma qabiliyyətini, eləcədə hissəciklərin formasını bilmək lazımdır.

Havada tozun qatılığını təyin etdikdən sonra onu sanitariya normaları ilə müəyyən edilmiş buraxıla bilən qatılıqla müqaisə edirlər. Daha sonra texnoloji prosesin (toz mənbələrinin) xüsusiyyətlərini, havanın tozla çirklənmə dərəcəsini təhlil edib, tozun işçi zonaya daxil olma yollarını araşdırıb, tozluqdan mühafizə tədbirlərini hazırlayırlar.

Əgər tozlu proses qapalı fazalarda gedirsə və ya iş zamanı ətraf mühitdən izolə edilmişdirsə, hermetikləşdirmə yolu ilə toz sızan və ya onun iş zonasına daxil olduğu kanalları bağlamağa calışırlar.

Əgər texnoloji prosesin və ya emal edilən materialın keyfiyyəti nəmlikdən asılı deyildirsə, onda materialın quru emalını nəm emal ilə əvəz etmək olar. Tozla mübarizənin səmərəli üsulu toz halında olan maddələri dənəvər maddələrlə əvəz etməkdir.

İstehsalat otağında toz kiçik zonada əmələ gəldikdə onun pnevmatik sorulmasını təşkil etmək əlverişlidir.

Göstərilən üsullarla tozun iş zonasına daxil olmasının qarşısını almaq mümkün olmadıqda yerli ventilyasiya, bütün otağın havası tozla cirkləndirdikdə isə ümumi ventilyasiya qurulur.

İş zonasına intensiv sürətdə buraxıla bilən qatılıqdan çox tozlu hava daxil olursa, fərdi mühafizə vasitələrindən, xüsusi iş paltarı, eynəklər, respiratorlar, başlıqlardan istifadə edilməlidir.

İş zonalarının havasını zərərli maddələrdən qorumağın ən səmərəli üsullarını tam mexanikləşdirmə, avtomatlaşdırma və tozlanan proseslərin tam hermetikləşdirilməsidir.

İşçilərin kollektiv və fərdi mühafizə vasitələri

İşlədilmə tərzindən asılı olaraq mühafizə vasitələri iki qrupa bölünür:



  1. Kollektiv mühafizə vasitələri;

  2. Fərdi mühafizə vasitələri.

İki və ya daha çox işçini qorumaq üçün işlədilən vasitələr kollektiv mühafizə vasitələri adlanır və aşağıdakı tiplərə bölünür:

a) istehsalat otaqlarında və iş yerlərində hava mühitini normallaşdıran vasitələr;

b) istehsalat otaqları və iş yerlərinin işıqlanmasını normallaşdıran vasitələr;

c) səs-küy, titrəyiş və ultrasəsdən mühafizə vasitələri;

d) elektrik cərəyanı ilə zədələnmədən mühafizə vasitələri;

e) ətraf mühitin yüksək və alçaq temperaturlarından mühafizə vasitələri;

f) mexaniki amillərin təsirindən mühafizə vasitələri;

İşçilərin fərdi qorunması üçün işlədilən vasitələrə fərdi mühafizə vasitələri deyilir. Bu vasitələr istehsalat zərərini ləğv etmir, yalnız onların təsirindən işçiləri qoruyur.

İstehsalat şəraitində olduğu kimi praktik işlərin yerinə yetirilməsi ilə bağlı məşğələlərdə də şagird və tələbələr fərdi mühafizə vasitələrindən istifadə edirlər.

Təyinatına görə fərdi mühafizə vasitələri aşağıdakı növlərə bölünür:



  • insan bədəninin mühafizəsi üçün - xüsusi geyimlər, yəni kombinezonlar, pencəklər, şalvarlar, şalvar və gödəkcələr, sırıqlı şalvar və gödəkcələr.

  • əlin mühafizəsi üçün - xüsusi iş əlcəkləri, pastalar, kremlər;

  • ayaqların mühafizəsi üçün - ayaqqabılar, çəkmələr, valinkalar;

  • sifətin mühafizəsi üçün - maskalar, sipərlər, pastalar;

  • tənəffüs orqanlarının mühafizəsi üçün- toza qarşı respiratorlar, müxtəlif tipli əleyhqazlar, skafandrlar;

  • görmə orqanlarının mühafizəsi üçün müxtəlif tipli şüşə eynəklər, rəngsiz sınmayan şüşə, sifəti tamam örtən ekranlar;

  • eşitmə orqanlarının mühafizəsi üçün - antifonlar, baş geyimləri, qulaq tıxacları;

  • hündürlükdən yıxılmaqdan mühafizə üçün - qoruyucu kəmərlər, kəndirlər, sürüşməyən yumşaq ayaqqabılar, zəncirlər və s.;

  • titrəyişdən mühafizə üçün-məsaməli rezinlə örtülmüş əlcəklər, qalın altlıqlı ayaqqabılar, vibromeydançalar, amortizasiya kovrikləri;

  • elektrik cərəyanından mühafizə üçün-dielektrik rezin əlcəklər, qaloşlar, izoləedilmiş dəstəkli əl alətləri, izoləedilmiş ştanqlar, gərginlik indikatorları, rezin xalçalar və s.;

  • radioaktiv şüalanmadan mühafizə üçün - xüsusi qurğuşun və şüşə kostyumlar, xüsusi izoləedici ekranlar;

Sadalanan fərdi mühafizə vasitələri dərs və ya məşğələlər zamanı şagird və tələbələrə mövcud normativ tələblərə uyğun olaraq verilir.

Fərdi mühafizə vasitələr dövlət əmlakıdır, onu işçilərə pulsuz verirlər.



İş paltarı və digər fərdi mühafizə vasitələrinin verilməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 222-ci maddəsinə və qüvvədə olan qanunvericilik normalarına müvafiq olaraq həyata keçirilir. Qanunvericilik normalarına əsasən əmək şəraiti zərərli və təhlükəli olan işlərdə, habelə xüsusi temperatur şəraitində görülən və ya çirklənmə ilə əlaqədar olan işlərdə müəyyən edilmiş norma ilə pulsuz iş paltarı, iş ayaqqabısı və digər digər fərdi mühafizə vasitələri verilir. İşəgötürən fərdi mühafizə vasitələrinin saxlanmasını, təmizlənməsini, yuyulmasını, qurudulmasını, dərmanlanmasını və təmir olunmasını əvəzsiz təşkil etməyə borcludur.






Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin