49
tərəfindən tanındı. Ölənlərin başlarından “minarələr ucaldıldı”, ələ keçirilmiş
qənimət qızılbaşlar arasında bölüşsürüldü. İsmayıl üç gün döyüş meydanında
qaldı,sonra isə Şamaxıya qayıtdı və şəhər əyanları tərəfindən ehtiramla
qarşılandı
44
. Fərrux Yəsarın oğlanlarından biri-təsvir olunan döyüşdən
salamat çıxmış İbrahim (Şeyxşah) Xəzər sahilindəki Şəhrinov şəhərinə
45
gələrək atasının qoşunundan sağ qalanlarını toplamağa başladı. Lakin Xadim
bəy Xüləfanın (Xüləfa bəy) yürüşündən xəbər tutara, gəmilərə oturub Gilana
üzdü. Şeyxşahın ardınca gəlmiş İsmayıl bir neçə gündən sonra Şəhrinovu
tərk edib hicri 906 (1500-1501)-cı ilin qışını keçirmək məqsədilə
Muğandakı Mahmudabada yola düşdü
46
. Salnaməçilərin xəbər verdiyi kimi,
burada İsmayıla bildirdilər ki, Bakı əhalisi Səfəvilərin nümayəndələrinə itaət
etməkdən və “xərac verməkdən” imtina edir. Belə olduqd İsmayıl,
Məhəmməd bəy Ustaclını və İlyas bəy Xunuslunu Bakını tutmaq üçün
göndərdi.
Dostları ilə paylaş: